
Psixiatriya üzrə mütəxəssis stressin gündəlik həyatımızın bir parçası olduğunu və bədənin dəyişikliklər və ya çətinliklər qarşısında zehni və fiziki reaksiyalar verdiyini vurğulayır. Dr. Ecem Çelik stresslə mübarizə aparmaq üçün 6 təklif irəli sürüb.
Stresi yox saymaq əvəzinə onunla başa çıxmağı öyrənməyin lazım olduğunu deyən psixiatriya üzrə mütəxəssis Uzm. Dr. Ecem Çelik: “Stres insanın başa çıxa bilməyəcəyi və çox çətinlik çəkdiyini düşündüyü hallarda verdiyi reaksiyalar, cavablar və davranışların hamısı olaraq təyin edilir. Stres yaradan bir halda bədən döyüş və ya qaç cavabı göstərərək özünü şərtə hazırlayar. Stres bir çox mənfi təsirlərlə yanaşı, immun sistemini zəiflədən amillərdən biridir. Stresi yox saymaq əvəzinə onunla baş etməyi öyrənmək lazımdır”,- deyə bildirib.
Uzm. Dr. Ecem Çelik öz fikrinə “Güclü stres altında olduğunuzu hiss etdiyinizdə ilk addım olaraq nəfəs alışınızı tənzimləyib, nəfəs məşqləri edə bilərsiniz. Həmçinin günü planlaşdırmaq, lazımından çox məsuliyyət götürməmək, paylaşmaq, sağlam ünsiyyət qurmaq, hobbilər və maraqlı məşğuliyyətlərlə maraqlanmaq stresin idarə edilməsi baxımından böyük fayda verəcəkdir. Bundan başqa, uzun müddət stressə məruz qalan insanın bədəni gərgin hala gəlir. Bu halda bədəndə bəzi problemlər, əzələ və oynaq ağrıları yaranmağa başlayır. Stress reaksiyasında artan adrenalini azaltmaq üçün, bədəni rahatlama məşqləri faydalı olacaq. Rahatlama halında bədən daha az enerji sərf edir və istirahət vəziyyətinə gəlir”,- əlavə edib və stressin idarə edilməsi üçün bu 6 ipucunu bildirib.
Birinci addım stresi qəbul etməkdir.
İkinci addım stressə səbəb olan mənbə və hadisəni müəyyən etməkdir.
Üçüncü addım olaraq mövcud vəziyyətin necə dəyişdirilməli olduğuna dair doğru suallar verərək qısa bir analiz edilməlidir.
Dördüncü addım tapılan cavablardan sonra onun tətbiqinə keçilməlidir.
Beşinci addım suallara cavab tapılmasına görə dəyişkənlik göstərə bilər. Hər hansı bir həll tapılmadığı hallarda şəxslərin baxış bucaqlarını dəyişdirmələri, vəziyyət və hadisələrə qarşı daha müsbət bir yanaşma təmin etmələri lazım gələ bilər.
Altıncı addım mövcud həyat tərzi dəyişdirilməlidir. Daha çox məşq etmək və balanslı qidalanmaq insanların stress səviyyəsinin azalmasına kömək edəcəkdir. Xüsusilə meditasiya və nəfəs məşqləri, qan təzyiqinin tənzimlənməsi ilə stress səviyyəsinin azalmasında olduqca təsirlidir. Həmçinin, müntəzəm qidalanmaq, keyfiyyətli və müntəzəm yuxu, "yox" deməyi bilmək, siqaret və spirtli içkilərin istifadəsinin azaldılması hətta dayandırılması, müntəzəm məşq, gün ərzində istirahət fasilələri vermək ümumilikdə stressi idarə etmək, güclü stressə məruz qalmamaq üçün çox faydalı rutinlər hesab olunur.
Mənbə: CNN
Tərcümə etdi: Fatimə Hüseynova
