
Butulburun delfinlər ayrıldıqda sevdiklərinin adını çəkərək onları çağırır.
“Proceedings of the Royal Society B” jurnalında dərc olunan araşdırmaya görə, bunu edən insanlar xaricindəki yeganə canlılar delfinlərdir. Lakin butulburun delfinlərin əsas fərqi odur ki, onların ünsiyyəti sözlərlə deyil, fitlərlə baş verir. Bununla belə, bu butulburun delfinlər və digər bütün vəhşi delfinlər digər delfinlərlə qarşılıqlı əlaqədə ad kimi xidmət edən özlərinə məxsus “imza fitləri” inkişaf etdiriblər.
“Delfin öz imza fitini yayaraq kimliyini elan edir və varlığını bəyan edir. Bu, heyvanların bir-birini böyük məsafələrdən tanımasına, eyni zamanda bir araya gəlməsinə imkan verir”, deyə Stephanie King izah edib. Delfinlərin fitləri, suyun dərinliyindən və fitin tezliyindən asılı olaraq, 20 kilometrə (12,4 mil) qədər məsafədən eşidilə bilər.
Tədqiqatçılar bildiriblər ki, delfinlər ayrıldıqları vaxt anaları və ya yaxın kişi dostları kimi sevdiklərinin imza fitlərini təkrarlayırlar. Bu “adlar” heç vaxt aqressiv və ya qarşıdurma xarakterli vəziyyətlərdə istifadə edilmir və yalnız sevdiklərinə yönəldilir.
Mənbə: Nbc news
Tərcümə etdi: Aysu Salahova
