
Yavaş hərəkətləri və sakit təbiətləri ilə tanınan ilbizlər maraqlı bir xüsusiyyətə sahibdirlər:Onlar üç il müddətinə yuxuya gedə bilirlər. Bu fenomen ekstremal hava şəraitlərində sağ qalıb mexanizmi kimi meydana çıxıb.
İlbizlər nəmli mühitlərə ehtiyac duyurlar və qurumağa həssasdırlar. İqlimin istiləşib, quruluğun artdığı və ya ekstremal soyuqların olduğu hallarda ilbizlər özlərini qoruyub, hibernasiya (soyuq hava şəraitində yuxu) və ya estivasiya (isti hava şəraitində yuxu) vəziyyətinə keçirlər. Bu müddətdə onların bədən funksiyaları minimum səviyyəyə enir və enerji istehlakları azalır.
Araşdırmalara görə, ilbizlərin yuxu müddəti onların yaşayıb olduqları coğrafi mühitdən asılı olub. Məsələn, isti iqlimlərdə yaşayan ilbizlər tez-tez estivasiya edərək bədənlərini qurumaqdan qoruyublar. Soyuq mühitlərdə isə onlar qış yuxusuna gedib bədən temperaturunu sabit saxlayıblar.
Maraqlıdır ki, ilbizlərin bu uzun yuxusu onların genetik uyğunlaşma qabiliyyətini nümayiş etdirib. İnsanlar üçün bu, təbiətin iqlim dəyişikliyinə uyğunlaşma üsullarını daha dərindən anlamaq üçün maraqlı bir nümunədir.
Təbiət bizə çeviklik və uyğunlaşmanın həyatın ayrılmaz bir parçası olduğunu göstərir.
Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova
