Bu gün:

Fillər:tullana bilməyən yeganə heyvanlar


Heyvanlar aləminin nəhəngi olan fillər fiziki gücü və zəkası ilə tanınsalar da, onlarla bağlı maraqlı bir fakt var:fillər tullana bilməyən yeganə məməlilərdir. Bu xüsusiyyət onların anatomik quruluşu ilə bağlıdır və təbiətin təkamül prosesində xüsusi rol oynayır.

Fillərin ayaq sümükləri digər məməlilərdən fərqli olaraq aşağıya doğru istiqamətlənmiş şəkildə yerləşir. Bu quruluş onların ağırlığını dəstəkləmək üçün uyğun olsa da, tullanmalar üçün zəruri olan “yay mexanizmini” təmin etmir. Digər məməlilərin ayaq sümükləri elastiklik yaratmaq üçün müəyyən bucaq altında yerləşir və bu, onlara yerdən itələnib havaya qalxmağa imkan verir. Fillər isə bu xüsusiyyətdən məhrumdurlar.

Fillərin tullanmamaq xüsusiyyəti onların həyat tərzinə mane olmur. Əksinə, onların ağır bədən quruluşu və güclü ayaqları yer üzündə daha sabit və möhkəm dayanmalarını təmin edir. Bu, xüsusilə, fillərin təhlükələrdən müdafiə olunmasında və böyük sürülər halında hərəkət etməsində əhəmiyyətlidir.

Fiziki məhdudiyyətlərinə baxmayaraq, fillər öz sürəti ilə təəccübləndirə bilərlər. Məsələn, qısa məsafələrdə sürətlə qaça bilən fillər 40 km/saat sürətə çata bilirlər. Bununla belə, qaçarkən də onların ayaqları eyni vaxtda yerə yapışıq qalır, bu da tullanmamanın birbaşa nəticəsidir.

Bu fakt heyvanların bədən quruluşu ilə davranışları arasındakı əlaqəni anlamaq üçün maraqlı bir nümunədir. Fillərin tullanmamaq xüsusiyyəti onların təbiətə uyğun şəkildə necə inkişaf etdiklərini və bu məhdudiyyətin əslində onların güclərindən biri olduğunu göstərir.


Mənbə: Savit.in

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et