

Lego oyuncaqları bəlkə də dünyanın ən məşhur oyuncaqlarıdır. Təkcə bir nəslə deyil, bütün nəsillərə müraciət edə bilən Leqo oyuncaqları artıq böyüklərin də sevimlisinə çevrilib. Lego markası o qədər güclü bir ada çevrildi ki, biz hətta bazarda müxtəlif adlarla Lego kimi mövcud olan 'taxıb çıxarıla bilən' oyuncaqları belə adlandırmağa başladıq. Belə böyük uğura nail olmaq, ümumiyyətlə, asan deyil.
Bəs LEGO bu uğuru necə əldə etdi? Gəlin LEGO tarixinəsəyahət edək.
Nyu-Yorkda Wall Street birjasının çökməsi ilə kənd təsərrüfatı ağır zərbə aldı və vəziyyət xüsusilə fermerlərə çox pis təsir edir. Danimarka şəhərlərindən birində yaşayan dülgər Ole Kirk Kristiansen də iqtisadi böhrandan təsirlənməyə başlayır. Danimarkalı fermerlər təsərrüfatlarından zorla çıxarılırlar. Dülgər Ole də ən vacib müştərilərini, fermerlərini itirir. 1931-ci ildə o, son işçisini də işdən çıxarmalı olur.
Ole Milli Danimarka Sahibkarlıq Assosiasiyasının üzvü idi. O, işini bir az dəyişərək pilləkənlər, ütü masaları və oyuncaqlar dizayn etməyə başlayır.
Amma işlər o qədər də asan deyildi. Ailəsi bu fikirlərin işə yaramayacağını bildirir. Ole öz dövrünü qabaqlayan bir insan idi. O, ailəsindən ona kredit almaq üçün zamin kimi çıxış etməyi xahiş edir. O, uşaqların əylənə biləcəyi taxta oyuncaqlar hazırlayıb satmaqda qərarlı idi.
Cəmi bir neçə il ərzində Ole böyük satışlar əldə edir.
Lakin bu yeni şirkətə "Billund Maskinsnedkeri"dən daha asan bir ad lazım idi.
Artıq yeni işçiləri olan Ole işçiləri arasında ad müsabiqəsi təşkil edir. Qalibi də mükafatlandıracağını bildirir.Finala çıxan iki ad LEGO və LEGIO idi. Sonda qalib "yaxşı oyun" mənasını verən "leg godt" sözlərinin abbreviaturası olan LEGO oldu.
LEGO sözü də latınca “birləşdirirəm, yığıram” deməkdir. Amma bu məna çox sonra dərk olunacaqdı. Onu da qeyd edək ki, LEGO adının ixtiraçısı brendin sahibi Oledən başqası deyildi! (Müsabiqənin mükafatı heç bir işçiyə verilməyib)
1949-cu ilə qədər LEGO-nun başlanğıc nöqtəsi olan taxta oyuncaqların istehsalı tamamilə dayandırıldı. İndi yalnız taxılıb çıxarıla bilən kərpic formalı oyuncaqlar istehsal edilir. 1973-cü ildə isə LEGO-nun məşhur fiqurları ilk dəfə buraxılıb.
İndi çatdıqları nöqtəni nəzərə alsaq, bu, çox təsir edici bir uğur hekayəsidir!
Mənbə:onedio
Tərcümə etdi:Selcan İbişli
