
Alman tədqiqatçılar Almaniyada bir kitabxanada Volfqanq Amadey Mozartın erkən yeniyetməlik illərində bəstələndiyi təxmin edilən daha əvvəl bilinməyən musiqi əsərinin tapıldığını bildiriblər. Əsərin 1760-cı illərdə bəstələndiyi və təxminən 260 yaşı olduğu təxmin edilir.
Bildirilib ki, əsər 1760-cı illərin ortalarında və ya sonlarında yazılıb. Simli trio üçün yazılmış yeddi kiçik hissədən ibarətdir və təxminən 12 dəqiqə davam edir.
Tədqiqatçılar bu əsəri Leypsiqdəki musiqi kitabxanasında Mozartın bütün əsərlərinin yer aldığı Köçel kataloqunun son nəşrini hazırlayarkən tapıblar. Aşkar edilmiş əlyazmanın Mozart tərəfindən deyil, təxminən 1780-ci ildə hazırlanmış bir nüsxə olduğu güman edilir. Əsər Salzburqda yeni Köçel Kataloqunun təqdimat mərasimində simli trio tərəfindən ifa edilib və “Kiçik Gecə Musiqisi” adlanıb.
Əsərin Almaniya premyerası Leypsiq operasında keçiriləcək. Əlyazma bir mənbədə qorunub saxlanılır və onun Mozartın İtaliyaya ilk səfərindən əvvəl yazıldığı güman edilir.
Mənbə: onedio
Tərcümə etdi:Selcan İbişli
