
Qədim dövrlərdə insan cəmiyyətlərində statusa sahib olmaq çox vacib idi. Status insanın sosial mövqeyinin ən böyük göstəricilərindən biri idi. Ona görə də hər bir detal sosial qavrayışa uyğun formalaşırdı. Ancaq bu statusu göstərmək üçün istifadə edilən obyektlər bu günün gözünə olduqca qəribə görünə bilər.
1. Parik: Uzun saçların gücü
Tarixdə bəlkə də ən təəccüblü status göstəricilərindən biri parikin yüksəlişi idi. Avropada pariklərdən istifadə təkcə zəriflik deyil, həm də zərurət idi. Sifilis saç tökülməsinə səbəb olduğundan insanlar bu vəziyyəti gizlətmək və sosial statuslarını qorumaq üçün parik taxırdılar.
2.Ananas: Çürüyənə qədər göstərilirdi.
Bu gün məşhur tropik meyvə olan ananas 17-ci əsrdə İngiltərədə sərvət və güc simvolu idi. II. Çarlz fransız diplomatlarını heyran etmək üçün ananasdan hazırlanmış nəhəng bir piramidaya sahib idi və bu meyvə İngiltərədə tez bir zamanda status simvoluna çevrildi.
Varlılar ananas alıb yeməkdənsə, çürüyənə qədər nümayiş etdirərdilər. Əslində, ananasla küçələrdə gəzmək yüksək cəmiyyətdə dəb halına gəlmişdi. O qədər dəyərli idi ki, hətta ananas oğurluğu da baş verirdi!
3.Əlyazma kitablar
Çap maşınının ixtirasından əvvəl kitablar tamamilə əl ilə yazılırdı və bu, onları inanılmaz dərəcədə qiymətli edirdi. Böyük kitab kolleksiyasına malik olmaq yüksək intellektin, mədəniyyətin əlaməti idi. 15-ci əsrdə əlyazmalarla dolu kitabxana yalnız varlıların evlərində tapıla bilərdi.
4. Şkaflar
İntibah dövründə avropalılar “maraq şkafları” adlanan xüsusi şkaflardan istifadə edirdilər. Bu şkaflar arxeologiya, geologiya və incəsənət kimi müxtəlif sahələrə aid əşyalarla dolu idi.
Şkafda nə qədər müxtəlif və nadir əşyalar varsa, onun sahibi bir o qədər güclü və nüfuzlu sayılırdı.
5.Bu zarafat kimi səslənə bilər, amma şəkər həm də status simvolu idi.
Orta əsrlərdə şəkər yüksək istehsal xərcləri səbəbindən yalnız zənginlərin əldə edə biləcəyi bir lüks idi. Buna görə çürük dişlər status simvoluna çevrilirdi. Bu gün sağlam dişlər təriflənsə də, o zamanlar var-dövlət əlaməti olan şəkər tamamilə fərqli təsir göstərirdi.
6.Lalələr: Bəli, söhbət Osmanlıdan Avropaya gətirilənlərdən gedir.
Lalələr Osmanlı saraylarının sevimlisi idi. XVI əsrdə Avropada maraq doğuran lalələr sərvət və prestij simvoluna çevrilmişdir. Hollandiyada lalə soğanı ticarəti o həddə çatıb ki, hətta “Lalə Çılğınlığı” adlı iqtisadi böhran da var idi.
7.Bənövşəyi rəng yalnız prestijli insanlar üçün idi.
Qədim Romada bənövşəyi rəng o qədər qiymətli idi ki, bu rəngi kimin geyinə biləcəyi ilə bağlı qanunlar var idi. Bu vəziyyət müasir dövrlərə qədər dəyişməz olaraq davam etdi.
8.Kakao toxumları: pul əvəzinə şokolad!
Mərkəzi Amerikada pul vahidi kimi kakao toxumları istifadə olunurdu. 17-ci əsrdə Avropada kakao zəngin və zadəganların sevimli içkisinə çevrildi. Fransa kralı XVI Lüdovik Lui’nin sarayında kakao lüks və prestij simvolu idi.
9.Əvəzolunmaz stolüstü oyunlar həm də status simvolu idi.
Qədim Misirdə stolüstü oyunlar zənginlik əlaməti idi. Oyunların hazırlanmasında istifadə olunan materiallar sahibinin zənginliyini əks etdirirdi. Oyunlar kral ailələrinə verilə biləcək ən qiymətli hədiyyələrdən biri hesab olunurdu.
Mənbə:onedio
Tərcümə etdi:Selcan İbişli
