Bu gün:

Qərar qəbuletmə strategiyaları və psixologiyası


Həyatınızda hər gün həm kiçik, həm də böyük qərarlar qəbul etməli olursunuz. Məsələn: Səhər yeməyi üçün nə yeyəcəksiniz? Dostunuzla saat neçədə görüşəcəksiniz? Hansı universitetdə təhsil almalısınız? 

Bəzən qərar qarşısında qalanda sadəcə şansa buraxıb təsadüfi bir nəticə ilə razılaşmaq cazibədar görünə bilər. Əlbəttə, hər gün etdiyimiz nisbətən kiçik qərarları şansa buraxmaq pis bir yanaşma olmazdı. Lakin daha mürəkkəb və vacib qərarlar üçün biz adətən doğru nəticə əldə etmək  üçün çox vaxt, araşdırma, səylə düşünmə və zehni enerji sərf edirik.

Qərar qəbuletmə prosesində istifadə etdiyiniz əsas amillərdən bəziləri bunlardır: 

1. Təsadüfi seçimlər: Şansa buraxmaq, plan xarici seçimlər

2. Araşdırma və qiymətləndirmə: Mümkün variantları tədqiq edib müqayisə etmək.

3. İnstinktiv reaksiyalar: Şüuraltı olaraq instinkt və hisslərə əsaslanaraq qərar vermək.

Bir şeyin nə qədər mümkün olduğunu müəyyənləşdirməyə çalışarkən, tez-tez bu cür hadisələrin keçmişdə baş verdiyini xatırlamağın nə qədər asan olduğuna əsaslanırıq. 

Bu zehni qısayol mövcud vəziyyətimizi müəyyən bir hadisənin və ya davranışın prototipi ilə müqayisə etməyi əhatə edir. 

Qərar qəbuletmə psixologiyası mürəkkəb və çoxşaxəli bir sahədir. Seçimləriniz rasional təhlil, emosional reaksiyalar, idrak qərəzləri və xarici təsirlər əsasında formalaşır. Bu amilləri anlamaqla daha məqsədəuyğun qərarlar qəbul edə bilər və daha maraqlı bir həyat sürə bilərsiniz. Odur ki, növbəti dəfə bir seçim qarşısında qaldığınızda, bunun arxasındakı psixologiyanı düşünməyə bir az vaxt ayırın, bu zaman  özünüzü daha yaxşı qərarlar verərkən tapa bilərsiniz.

Mənbə: VeryWellMind
Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et