Bu gün:

Keçmiş dövrlərdə insanlar niyə ölən balinanın içində oturub 30 saat gözləyirdilər?


1896-cı ildə The New York Times qəzetində yayımlanan xəbərə görə, Avstraliyanın Eden şəhərində bir adam sahildə ölü balina görüb və onun içinə girməyə qərar verib. Biraz sərxoş olan bu adamın dostları bu qəribə hadisənin şahidi olduqda şoka düşüblər. Ancaq adam balinanın içində olduğu zaman həm temperatur, həm də pis qoxu dostlarının onu çıxarmağa cəhd etməsinə mane olub.

Hadisənin təəccüblü tərəfi isə odur ki, adam balinanın içindən çıxdıqdan sonra illərdir çəkdiyi revmatizm ağrılarının tamamilə keçdiyini iddia edib. Bu hadisə sürətlə yayılıb və “balina müalicəsi” adı altında məşhur bir sağlamlıq tətbiqinə çevrilib.

Eden şəhərindəki bu qeyri-adi tətbiq zamanı revmatizmdən əziyyət çəkən xəstələr ölü balinanın içinə girir və tam 30 saat gözləyirdilər. Sydney Morning Herald qəzetinin məlumatına görə, bu uzun gözləmədən sonra bəzi insanlar ağrılarından təxminən bir il müddətində azad olduqlarını bildiriblər.

Balina müalicəsi üçün ölü balinanın içində bir dəlik açılır və xəstə başı çöldə qalacaq şəkildə bu dəliyə yerləşdirilirdi. İçəridəki temperaturun və çürümənin təsiri ilə bədənin ağrılardan azad olacağına inanılırdı. Lakin müalicə zamanı yaranan pis qoxu və narahat mühitin, hətta revmatizmdən daha çətin ola biləcəyi düşünülürdü.

Bu qeyri-adi müalicənin arxasında elmi bir əsas yoxdur. Avstraliya Milli Dəniz Muzeyinin kuratoru Mişel Linderə görə, balina müalicəsini sınayan insanlar yalnız “özlərini daha yaxşı hiss etdiklərini” ifadə ediblər. Bu metod başqa yerlərdə də sınaqdan keçirilsə də, populyar bir müalicə kimi qəbul edilməyib.

Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli


Paylaş
Şərh əlavə et