
Braking bad Vince Giligan tərəfindən yaradılmış Amerikan serialıdır. İlk bölümü 2008 ci ildə yayımlanmışdır. Bu serial sadə bir həyat yaşayan ancaq sonradan ağ ciyərində xərçəng olduğunu öyrənən kimya müəllimi Walter White haqqındadır. O öləcəyini öyrəndikdən sonra ailəsi üçün yetərli miqdarda pul qazanmaq istəyir. O əvvəlki şagirdi Jesse Pinkmanla bir yerdə metamfetamin düzəltməyə başlayır. Metamfetamin bir növ narkotik maddəsidir.
Bu serial bir çox insan tərəfindən çox sevildi lakin bəzi insanların həyatına digərlərindən daha çox təsir etdi.
Jason Kent yeniyetməlik dövrünə kimi normal bir uşaq kimi bilinirdi. O yeniyetməlik dövründə problemlərindən qaçmaq üçün narkotikdən istifadə etməyə başladı. Bir müddət sonra o Jessica adında bir qızla tanış olur və sevgili olurlar. Jessica ilə tanış olması onun həyatına pozitiv təsir edir və artıq narkotikdən istifadə etmir. Jessica ve Jason evlənirlər və iki uşaq sahibi olurlar. 3 il sonra Jason yenidən narkotikdən istifadə etməyə başlayır. Bunun nəticəsində o işini itirir. Bir müddət sonra o orduya qatılır lakin orda onun psixolojik durumunun yerində olmadığı ortaya çıxır. Jason evə qayıdır lakin xəstəliyi haqqında ailəsinə heç bir şey demir. Jassica onu yaxşı bir ata kimi təsvir etsə də Jasonun zərərli maddələrdən istifadə etməsi ona pis təsir edirdi, hətta o bir dəfə Jessica və iki uşağını boğmağa çalışmışdı. Nəticədə isə onlar boşanırlar.
O tək qaldəğı üçün uzun müddət televizora baxırdı və bu vaxt o Breaking Bad serialını gördü. Həmin vaxt "Breaking Bad" yeni çıxmışdı və hər yerdə bilinirdi. O Jesse Pinkmanla ortaq xüsusiyyətlərinin olduğunu düşünür. O Jesse Pinkmanın sevgilisinə oxşayan hər hansı bir qız tapmaq istəyir və o Reagan Julie ilə tanış olur. Reagan Jason kimi əvvəl zərərli maddələrdən istifadə etmiş və nəticəsində uşaqlarını itirmişdi. Reagan artıq narkotikdən istifadə etmir, təmiz qalmağa çalışırdı. Bir müddət sonra onlar bir yerdə yaşamağa başlayırlar.
Onlar bir yerdə narkotikdən istifadə etməyə başlayırlar ancaq onların yetərli pulu yox idi. Bir müddət sonra onların arasında problemlər yaranmağa başladı. Reagan Jasona artıq narkotikdən istifadə etmək istəmədiyini deyir. Mübahisənin nəticəsində Jason onu öldürməyə çalışır ancaq bacarmır. Onlar ayrılırlar və Jason yenə tək qalır. Breaking Bad serialının bir bölümündə Walter White Jesse Pinkmana öldürdükləri bir adamın cəsədini asidlə necə yox edəcəyini başa salırJason bunu görəndə marketə gedir və Walter Whiteın dediyi bütün ləvazimatları alır və evin qarajına qoyur.
O Reaganın evinə gedir və onu orada boğaraq öldürdükdən sonra qaraja aparıb üstünə asid tökür. Bundan sonra Jasonun qəribə davranışlarını görən dostları ona nə olduğunu soruşur. O cavab olaraq deyir ki, qaraja gedib özünüz görün. Onlar gedirlər və qızın ölü bədənini görürlər, lakin Jasonun istifadə etdiyi asid yetərincə güclü deyildi ona görə cəsədi əridə bilməmişdi.Dostları onu polisə şikayət edirlər.
Məhkəmədə o özünün Jesse Pinkman olduğunu və Walter White-in dediklərini edə bilmədiyini düşünürdü. Ona psixolojik durumu yerində olmadığı üçün 14 il həbs verdilər. Polislər onun evini araşdıranda televizoru açanda Breaking Bad serialının asidlə cəsədi yox etdikləri bölümündə dayandırıldığını görür.
Mənbə: Wikipedia
Tərcümə etdi : Leila Musaevi
