Bu gün:

Sidni Şeldon kimdir?


Sidni Şeldon- Amerikalı yazıçı və ssenaristdir. 

Onun romanları 51 dilə tərcümə edilib və 180-dən çox ölkədə 300 milyon nüsxə ilə nəşr olunub, ssenariləri əsasında 25 film çəkilib.

Şeldon 1917-ci ilin fevral ayının 11-i dünyaya ABŞ-ın Çikaqo ştatında göz açıb.

Atası zərgərlik mağazasında işləyib. Sonralar ailəsi Odessadan Amerikaya köçüb. 


Karyerada ilk addımlarını 1937-ci ildə Hollivudda “B” kateqoriyalı filmlərə ssenari yazaraq qoyub.


İkinci dünya müharibəsi illərində aviasiyada işləyib. Və 1941-ci ildə geri qayıdaraq Broadway prodakşnları üçün musiqili əsərlər yazıb və eyni zamanda studiyalar üçün ssenarilər yazmağa davam edib. 1963-cü ildən Şeldon televiziya serialları üçün ssenarilər yazmağa başlayıb və bunun sayəsində inanılmaz populyarlıq qazanıb.


O, 1970-ci ildə ilk romanı olan "Maskanı yırt" nəşr edib və dərhal “Edqar” mükafatına namizəd olub. Və o gündən bəri Şeldonun bütün kitabları “bestsellerə” çevrilib. 


Ədəbiyyat və kinodakı xidmətlərinə görə Sidni Şeldon Hollivud Şöhrət Xiyabanında ulduz da alıb. Bundan əlavə, onun adı Ginnesin Rekordlar Kitabınada düşüb: Şeldon dünyada ən çox "tərcümə edilən" müəllifdir.


Yazıçı 2007-ci il yanvarın 30-da 89 yaşında pnevmoniyadan vəfat edib.


Mənbə: Fantlab

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et