
Bulqakovun “Master və Marqarita” romanından Hella hamımıza tanışdır. Hətta siz romanı gözucuyla oxusanız belə, Volandın əsabələrindən tək qadın obrazı Hellanı qaçırmarsınız. Bəs Hella, əslində, kimdir?
İlk növbədə, xarici görünüşündən başlayaq:Yaşıl gözlər, narıncı saçlar, boynunda çapıqlar və həmişə çılpaq gəzən qəhraman.
Fərqləndirən xüsusiyyətlərdən-ölü səpkiləri var və zirzəmi iyi gəlir. Bəziləri ona cadugər desələr də, hər şey bu qədər də asan deyil.
Bəs Hella adını haradan alıb?
İlk fərziyyə Hella adının Brokqauz və Yefronun lüğətindən götürülməsidir. Rəvayətə görə, Lesbos adasında ölüb vampirə çevrilmiş qadınlara Hella adı verilirdi.
İkinci fərziyyə Hellanın adını yahudi və qədim şumer mifologiyalarıyla bağlayır.
Hətta yunan mifologiyasında belə Hella-buludlar ilahəsi Nemfela və şəhərlər kralı Orxomen Afimontun qızıdır. O, öz qardaşı Friks ilə ögəy anasından qaçaraq, Dardanel boğazında boğulub. Və beləcə Hella adı “suya düşən” mənasını verməyə başlayır.
Boynundaki çapıq izi:
Hellanın boynundaki çapıq izi onun bioqrafiyasındakı mühüm detala işarədir. Çapıqdan belə qənaətə gəlmək olar ki, Hella zorla öldürülüb. Və təbii ki də, bu Hötenin “Faust” əsərinə işarədir.
“Onun gözəl başı altında qəribə bir şəkildə
Bir qırmızı iz vardı ilantək bürümüşdür
Kəskin bıcaqdan fərqlənmirdi”
Və Hellanın tam obrazı xtonik bir personaj olduğuna da işarə ola bilər. Bəs ən məhşur xtonik personaj kimdir?
Təbii ki, Meduza Qorqona
Alman mifologiyasında onun adı Xelladır və yeraltı krallıq ilahəsidir.
Eyni zamanda, Hella mistik güclərə malikdir. O, uça bilir, insanları vampirə çevirə bilir. Kitabdakı bir epizod Hella obrazını anlamaq da bizə kömək edir. Rimskiy personajını vampir etmək istəyərkən, Hellanı xoruz səsi dayandırır.
Və rus xalq inanclarına görə xoruz səhərin açılmağının rəmzi idi və pis ruhları təmizləyirdi.
Bəs axırda Qella hara yoxa çıxır?
Ay Hellanı ölüyə çevirə bilərdi, lakin Bulqakov romanı bitirməyib, ona görə də Hellanın aqibəti sualı açıq qalır.
Mənbə:Arts tobe
Tərcümə etdi:Fatimə Umarbəy
