Bu gün:

Yer kürəsinin ən böyük mərcan orqanizmi tapılıb


Alimlər Solomon adaları yaxınlığında Yer kürəsinin ən böyük mərcan orqanizması tapılıb. 111 fut eni, 104 fut uzunluğu və 15 fut hündürlüyü ilə dünyanın ən böyük mərcanının ölçüsü rekordçudan üç dəfə böyükdür. 

Əslində, əvvəlcə Solomon adaları yaxınlığındakı suları tədqiq edən dəniz ekoloqları bir gəmi qəzasının qalıqlarını tapdıqlarını düşünüblər. Sonra onlar anlayıblar ki, suyun altındakı iri forma daha əhəmiyyətli bir şeydir - indiyə qədər tapılan ən böyük mərcan koloniyası.

Əslində, bu mərcan o qədər böyükdür ki, kosmosdan görünür. Bununla belə, alimlər bildirirlər ki, dünyanın ən böyük mərcanı iqlim dəyişikliyi və insanların yaratdığı başqa təhlükələr altındadır.

 

Mənbə: Allthatsinteresting

Tərcümə etdi : Səidə Abasova

Paylaş
Şərh əlavə et