
Yemək Qreqorun otağındakı şəkil və atasının geyimi “Metamorfoz”da simvoldur. Kafka bu simvollardan Qreqorun xarakterinə dərinlik və anlayış əlavə etmək üçün istifadə edir.
Yemək bir simvoldur, çünki yaşamaq üçün lazımdır. Qreqorun zövqü böcək kimi dəyişir və hekayənin əvvəlində bacısı otağına müxtəlif yeməklər qoyaraq onu yedizdirməyə çalışır. Nəhayət, ona yemək verməyi dayandırır, onu ac saxlayır. Qreqor başqalarının yemək yeməsinə baxarkən görürük ki, o sanki aclıq çəkir. Ailə onu qidalandırmağı və ona qayğı göstərərək maraqlanmağı dayandırdıqda bu, onun son ölümünün qaçılmazlığını simvollaşdırır.
Qreqorun otağında asılan şəkil Qreqoru keçmişi ilə birləşdirən simvoldur. Bu, insan olanda seçdiyi və izləməkdən həzz aldığı bir şeydir və onu çətin vəziyyətində izləmək özünüzü daha insani hiss etməyə kömək edir.
Qreqorun atasının geyimi simvolikdir, çünki bu, Qreqorun atasını qəbul etmə tərzinə təsir edir. Atasını ilk dəfə geyimdə görəndə ona hörmət hissi duyur. Lakin zaman keçdikcə atasının həmin geyimdə yatdığını və onun çirkləndiyini görür. Bu səliqəsiz geyim Qreqorun atasına qarşı əvvəlki soyuq münasibətini geri qaytarır.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
