Bu gün:

Türkmənistanla bağlı maraqlı faktlar


Təkcə bu ölkədə 33 bayram qeyd olunur. Onların arasında türkmən qovun günü, məhsul bayramı və türkmən Axal təkə atı bayramı da var.


Türkmənistanda at müqəddəs heyvandır. Ona görə də digər Orta Asiya ölkələrindən fərqli olaraq sakinləri at əti yemirlər. Hətta bu barədə xüsusi qanun qəbul edilib.


Çörək və duz müqəddəs məhsullar hesab olunur. Onlar heç vaxt atılmır və keyfiyyəti tənqid edilmir.


Türkmənistan xalçaları ilə məşhurdur. Belə ki, onlardan biri hətta ən böyük xalça kimi Ginnesin Rekordlar Kitabına düşüb. Sahəsi 301 kvadratmetr metr olub.


Bu ölkədə “Yeraltı dünyasına qapı” belə var. Bu daim yanan böyük kraterin adıdır.


Ölkənin paytaxtı - Aşqabad, “ağ mərmər şəhəri” adlanır. Şəhərin bütün mühüm binaları, bəzi yaşayış binaları, meydanlar bu daşla bəzədilib. Çoxsaylı heykəllər və hətta işıq dirəkləri qızılla örtülmüşdür ki, bu da Aşqabadı şərq nağıllarında şəhərlərin təsvir olunduğu kimi göstərir.


Mənbə:Мир24

Tərcümə etdi:Səid Quliyev

Paylaş
Şərh əlavə et