Bu gün:

Qarabasma zamanı nə etməliyik?



Yuxu zamanı yaranan qarabasma insanı psixoloji cəhətdən çox təsirləndirən bir vəziyyətdir. Bəs, həqiqətən, qarabasanlar varmı, qarabasmanın səbəbləri nələrdir?

Elmi nöqteyi-nəzərdən baxsaq, qarabasma gördüyünü düşündüyümüz zaman, əslində, baş verən hadisələr yuxudan oyansaq da, REM yuxusunda mövcud olan fizioloji iflic, yəni (göz qapaqları, tənəffüs yolları) yuxudan oyanan kimi həll olunmur. Bu zaman beynimiz oyaq olsa da, bədənimiz hələ oyaq deyil. Belə bir vəziyyətdə beyniniz oyaq olsa belə, bədəninizi hərəkət etdirə bilməzsiniz. Yenə bu vəziyyətdə olanda danışmağa çalışırıq, qışqırmağa çalışsaq da, səsimiz çıxmır.

Əgər REM yuxusunda olarkən bədənimizi hərəkət etdirə bilsəydik, xəyallarımızda etməyə çalışdığımız hər şeyi reallıqda etməyə çalışardıq. Və bu vəziyyət sağlamlığımız üçün olduqca təhlükəli ola bilər.

Əgər qarabasma tez-tez baş verirsə, həmçinin yuxuya gedən kimi baş verirsə, bu zaman insan REM yuxusuna getməzdən 15 dəqiqə əvvəl oyanmalıdır.

Mənbə: kirbispostasi.com

Tərcümə etdi: Nazrin Humbat


Paylaş
Şərh əlavə et