
Ripr Cekdən bəri tədqiqatçılar və detektivlər qatilin düşüncə tərzini başa düşmək və şərh etmək üçün çox səy göstərdilər. Tez-tez iddia edilir ki, insanı qatilə çevirən şeyin arxasında qeyri-adi dərəcədə aşağı və ya yüksək İQ dayanır...
Ancaq təbii ki, bu yeganə vəziyyət deyil. Bu məsələ ilə bağlı araşdırmalar davam etsə də qatilin psixikasını tam anlamaq və üzə çıxarmaq üçün əlimizdə olan məlumat kifayət deyil.
Qatilin psixologiyası normal bir insanın psixologiyasından çox-çox kənara çıxır. Cinayətkar üç və ya daha çox adamı xüsusi və nizamlı şəkildə öldürən insanları təsvir etmək üçün istifadə edilən bir ifadədir. Qatillərə ləqəb verən qətl nümunəsi və ya modus operandidir. (Seriyalı qatilin xüsusi öldürmə üsuludur). Bu kimi cinayətlərdə həmişə paylaşılan bir şey var: konkret qətl aləti, öldürülən insanların irqi, yaşı və ya cinsi, peşəsi, bəzən hətta qurbanın üzərində qalan simvollar. Öldürmək instinkti, demək olar ki, həmişə qatilin uşaqlıq illərinə aid nifrət, qəzəb və qorxu kimi elementlərdən qaynaqlanır.
Mənbə: tabutmag.com
Tərcümə etdi: Nazrin Humbat
