Bu gün:

Nuhun gəmisi əsl gəmi idi?




Daşqın və “gəmi” haqqında əfsanələr müxtəlif mədəniyyətlərdə mövcuddur. Bibliya ənənəsində bu, “Nuhun gəmisi”dir, çünki Nuh bəşəriyyəti xilas etmək vəzifəsi verilmiş saleh adamdır. Daşqın hekayəsi çoxlarına məlumdur, amma bir gün Allahın Yerdə tarazlığın pozulduğunu anladığı xatırlanmalıdır. Sonra bütün canlıları məhv etmək qərarına gəlib və böyük tufanı göndərib.


 “Rəbb gördü ki, insanların pisliyi böyükdür və            onların ürəklərinin cəsarəti, təsəvvürü və xəyalı daim pisdir. Rəbb insanları yaratdığına və bu hala düşdüklərinə görə ürəyində kədərlənib, bir də insan yaratmayacağına dair tövbə etdi.”


İstisna yalnız saleh və Allahdan qorxan Nuh və onun ailəsi üçün edilib. Rəbb onu qarşıdan gələn sınaq haqqında xəbərdar edib və yeganə xilas yolunun “gəmi” olduğunu deyib.


Gəminin məqsədi sakinləri yer üzündəki həyata son qoymalı olan fəlakətdən xilas etmək idi. Tikintisi təxminən 120 il çəkib və nəzarətsiz dizayn edilib. Bu da ondan irəli gəlib ki, daşqın zamanı üzməyə yer yox idi və bütün naviqasiyalar Allahın iradəsi ilə həyata keçirilib.


Gəmi müqəddəs kitabın "qofer ağacı" kimi təyin etdiyi materialdan hazırlanıb - lakin bu ağac növünün nə olduğu dəqiq məlum deyil. Bəzi tədqiqatçılar bunun sərv, sidr, tik və ya mahogany ola biləcəyini irəli sürüblər. Maraqlı bir təsadüf - "kafe" sözü (fransızcadan coffre - sandıq, qutu və ya latınca cophinus - səbət) "gopher" sözü ilə uzlaşır. Bu da Tanrının göstərişi ilə gəminin düzəldildiyi ağac deməkdir. Beləliklə əslində “gəmi” ifadəsi suda üzən sandığı təsvir edib.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et