
Bir müddət əvvəl, dünya Mixail Piçuqinin sağ qalma hekayəsindən həm dəhşətə gəlib, həm də sevinib. Adam 2 aydan çox açıq dənizdə qalıb. O, sağ qalıb, lakin yanındaki qohumu olan 2 nəfər aclıq, soyuq sınağına dözməyib.
Bu hekayə qeyri-real görünür. Və real olmayan hər şey dərhal “filmlərdəki kimi” tərifini alır. Ola bilsin ki, Mixail Piçuqinin hekayəsi də filmə çəkilsin. Görünüş, əlbəttə ki, gözəl olmayacaq. Amma tamaşaçılar mütləq razı qalacaqlar. Eləcə də əvvəllər buraxılmış, vəhşi təbiətdə sağ qalmağın çətinlikləri haqqında real hadisələrə əsaslanan lentlər kimi.
Belə filmlərə 3 misal:
1. Sürüklənmə
Şeylin Vudlinin baş rolda oynadığı bu film Tammi Oldhemin hekayəsindən bəhs edir. 1983-cü ildə o, sevgilisi ilə Sakit okeanda bir adaya yaxta transferinə gedir. Amma cütlük qasırğa ilə üzləşir. 41 gündən sonra qız tapılıb və sevgilisinin cəsədi okeana hopdurulub.
2. 127 saat
Denni Boylin və baş rolda Ceyms Frankonun oynadığı film amerikalı alpinistin həyatından bəhs edir. O bir dəfə təkbaşına gəzməyə gedir və başına amansız hadisə gəlir - əli böyük bir daş tərəfindən əzilir. Qurtuluşu gözləmək üçün heç bir təhlükəsiz yer yox idi. O, iki seçim arasında qalır - ölmək və ya öz əlini kəsmək.
3. Qar topluluğu
Bu film 1972-ci ildə And dağlarında təyyarə qəzasında sağ qalan bir qrup yeniyetmənin qorxulu hekayəsinə əsaslanıb. Bu qrup xilasediciləri 2 ay boyunca gözləyiblər. Onlar soyuqdan və xəsarətlərdən yavaş-yavaş ölüblər. Və aclıqdan ölməmək üçün dəhşətli bir qərar verməli olublar - adamyeyənlərə çevrilmək.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
