Bu gün:

Əli və Ninonun nakam sevgi hekayəsi


“Əli və Nino” 1937-ci ildə Qurban Səid tərəfindən yazılan əsrarəngiz sevgi romanıdır. 1914-cü ildən 1920-ci ilə qədər davam edən müharibənin qızğın dövründə Azərbaycanda, Bakıda cərəyan edən roman gənc müsəlman zadəgan Əli Xan Şirvanşirin və Gürcüstandan olan xristian zadəgan Nino Kipianinin ehtiraslı romantikasından bəhs edir. “Əli və Nino” beynəlxalq aləmdə böyük ədəbi nailiyyət, Azərbaycanda isə “milli roman” kimi qəbul edilir. Bununla belə, müəllifin kimliyi sirr olaraq qalır. Əksər alimlər romanın islamı qəbul edən yəhudi Lev Nussimbaum tərəfindən yazıldığını düşünür,digərləri isə Nussimbaumun azərbaycanlı yazıçı Yusif Vəzir Çəmənzəminlinin əsərini plagiat etdiyini iddia edir. Əli Xan Bakıda məşhur müsəlman ailəsinin on səkkiz yaşlı oğludur.Onun ailəsi İslam dininə bağlı olsa da, Əli getdikcə daha çox Qərb ideyalarına cəlb olunur. O, rus oğlanların məktəbində oxuyur və on yeddi yaşlı gürcü qızı Nino Kipianiyə ehtirasla aşiq olur. Ninonun  ailəsi də Əlininki kimi hörmət sahibi və dininə bağlıdır.


Yenicə imtahanları bitirən Əliyə atası məzuniyyət hədiyyəsi olaraq  üç arzunu yerinə yetirəcəyini vəd edir. Əli ilk arzusunda yay tətilini Dağlıq Qarabağın mübahisəli bölgəsi olan Şuşada tək başına keçirməsinə icazə verilməsini xahiş edir. Atası onun arzusunu yerinə yetirir.Ninonun ailəsi tətilini Şuşada keçirdiyi üçün Əli ora getmək istəyir. Hər iki sevgili Nino məktəbi bitirən kimi evlənmək istəyir, lakin onlar bilirlər ki, aşmalı olduqları bir sıra maneələr var .Nino Əlinin ondan haramın bir parçası olmağını gözləyəcəyindən narahat olur.


Onlar xoşbəxt yaşasalar da  Birinci Dünya Müharibəsi onların xoşbəxtliyini yarıda qoyur. Əli Nino ilə evlənmək üçün Bakıda qalmaq istədiyinə görə ikinci arzusunu deyir: “İstədiyi zaman qılıncını çəkməyə” icazə verilsin. Əlinin atası arzusunu yerinə yetirməyə borclu olur,lakin o, oğlunun “qorxaqlıq xalçasında oturduğuna” inandığını açıq şəkildə bildirir.Əli və Nino evlənmək üçün ailələrindən razılıq istəsələr də,aralarında olan din fərqliliyi buna maneə olur.Ancaq Əlinin dostu, bölgənin ən hörmətli ailələrindən olan erməni Melik Naçararyan sevgililərin ailələri arasında sövdələşmə aparır və Ninonun atası bu evliliyə razılıq verir.


Bir il sonra Nino məktəbi bitirir və sevgililər toylarını təşkil etmək üçün Gürcüstana gedirlər,lakin Ninonu sevdiyini etiraf edən Naçararyan onu qaçırdır.Əli keçmiş dostunu at üstündə qovub bıçaqlayaraq öldürür. Əlinin dostu Mehmed Haydar onu namusun təmizlənməsi üçün Ninonu da öldürmək ənənəsinə əməl etməyə çağırsa da,bunu bacarmır. O, Naçararyanın qüdrətli ailəsinin qisas alacağını bilərək Dağıstana qaçır.


Nino aylarla Əlini axtarır və onu Mahaçqala yaxınlığındakı təcrid olunmuş dağ şəhərində tapır. Sevgililər nəhayət evlənirlər və bir neçə ay kəndlilərin yoxsulluğunu paylaşaraq xoşbəxt və sadə yaşayırlar.Ancaq Rusiya İnqilabı xaosa çevrildiyi üçün sevgililər növbəti addımlarını düşünməyə məcbur olurlar. Bolşeviklər Bakını tutduqlarına görə Əli və Nino Tehrana qaçmalı olurlar.Qısa müddət sonra Azərbaycan müstəqil respublika kimi qurulur və Əli ilə Nino öz evlərinə qayıdırlar. Nino Əlinin Fransaya səfir təyin olunmasını təşkil etsə də,Əli kökündən bu qədər uzaqlaşmaq istəməyərək bundan imtina edir. Qızıl Ordu Azərbaycanı işğal etdiyini eşidən Əli qılıncını çəkib ölkəsi uğrunda vuruşmağı seçir. Nino yeni doğulmuş körpəsi ilə Gürcüstana qaçır, Əli isə Sovetlər Azərbaycanı geri alarkən döyüşdə həlak olur. Əli və Nino mədəniyyətlər arasında sevgi mövzularını, Azərbaycan millətçiliyini və irsin təbiətini araşdıran bir romandır. Gürcüstanın Batumi şəhərindəki heykəl Əli və Nino şərəfinə tikilmiş və onların unudulmaz sevgisi xatırladır. Tamar Kvesitadze tərəfindən yaradılmış, yeddi metr yüksəklikdə, poladdan və işıqlardan ibarətdir və hər on dəqiqədən bir fiqurlar bir-birinə doğru hərəkət edərək birləşib-ayrılır.


Mənbə:SuperSummary

Tərcümə etdi:Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et