Bu gün:

Snow White'ın yeddi cırtdanının adları nədir?


Klassik Disney filmi "Ağbəniz və yeddi cırtdan"ın yeddi cırtdanı Utancaq, Doc, Dopey, Xoşbəxt, Yuxulu, Asqıran və Qəmgin idi. Filmdəki digər əsas personajlar arasında yeddi cırtdanla yaşayan mehriban və mülayim şahzadə Ağbəniz, Şər kraliçası, Şahzadə, Ovçu və Sehrli güzgü də var.

Qrimm qardaşları tərəfindən 1812-ci ildə nəşr olunan orijinal "Ağbəniz" hekayəsində yeddi cırtdanın adları yox idi. Sonradan, 1912-ci ildə Brodveydə çıxan "Ağbəniz və yeddi cırtdan" tamaşasında Blick, Snick, Plick, Whick, Flick, Glick və Quee adları verildi, lakin Walt Disney filmində bu adlar dəyişdirildi.

1934-cü ilin avqustunda Walt Disney, "Ağbəniz və yeddi cırtdan" layihəsi üçün hekayə hazırlamağa başladı. Yeddi cırtdan hekayənin ən əsas cəhətlərindən biri olacaqdı. Cırtdanların lideri və digər altı cırtdanın adları unikal xüsusiyyətlərini, şəxsiyyətlərini və xarakterlərini əks etdirirdi. Başlanğıcda cırtdanlar üçün Jumpy, Sordera, Dizzy, Hickey, Wheezy, Baldy, Gabby, Nifty, Sniffy, Swift, Lay, Puffy, Stuffy, Tubby, Shorty və Burpy kimi 50-dən çox ad təklif edilmişdi. Sonunda isə yeddi nəfər bu proseslə seçildi.

Filmdəki yeddi cırtdanın rolu və adları 1935-ci ilin noyabrında müəyyənləşdi. Saqqalı və səsi olmayan yeganə cırtdan Dopey, sonuncu və ən uğurlu personaj olaraq seçildi.

"Ağbəniz və yeddi cırtdan" Walt Disney Productions tərəfindən çəkilən ilk tammetrajlı animasiya filmi idi və Snow White, Hollivud Şöhrət Prospektində ulduz alan ilk animasiya personajı oldu.

Yeddi cırtdanın hər birinin özünəməxsus xarakteri var. Utancaq tez-tez Ağbənizə yaxınlaşıb, utancaqlıqla başını aşağı salır. Doc özünü qrupun lideri hesab edir, amma fikrini tez-tez itirdiyi üçün büdrəyir. Dopey daim Grumpy və Doc-un əsəbləri ilə oynayır, amma heç vaxt pis niyyətli olmur və həmişə özünü məzəli aparmağa çalışır, həmçinin o, filmə əyləncə və gülüş qatır. Xoşbəxt cırtdan şən və mehriban bir xarakterə sahibdir, bu da cırtdanlara sevinc ötürməsinə kömək edir. Yuxulu daim yorğundur və yuxuya getməyə hazırdır, amma o, yeddi cırtdan arasında ən müşahidəçi olanıdır. Asqıran cırtdan həmişə asqırır, çünki o, bitməyən bir xəstəlikdən əziyyət çəkir, amma buna baxmayaraq, hamı ilə əylənməyi sevir. Qəmgin isə daim cırtdanların mənasız davranışlarından əsəbiləşir və qıcıqlanır, həmçinin Snow white-ın onların yanında qalmasından məmnun deyil.

Filmdəki əsas qarşıdurma, Snow white-dan qurtulmaq və ən ədalətli olmaq istəyən Şər kraliçasından gəlir. O, Snow white və Yeddi cırtdanın həyatını məhv etmək üçün hər şeyi edir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et