Bu gün:

Ceyn Ostin kimdir?


19-cu əsrdə Britaniya Regency dövründə yaşamış ingilis ədəbiyyatının ən tanınmış qadın yazıçısı Ceyn Ostin 1775-ci il dekabrın 16-da İngiltərənin Hempşir şəhərində anadan olub. Ostinin bir çox qadınlardan fərqli olaraq yaxşı təhsil almaq şansı var idi. O Berkshire Abbey məktəbində, tam qadınlardan ibarət məktəbdə təhsil alıb. Atası kənd keşişi olan Ceyn gənc yaşlarında öz hekayələrini yaratmaq qabiliyyətinə malik idi və ailəsi tərəfindən həmişə dəstək və sənətə yönəldilib. Jane ilk məqalələrini çox erkən yaşda yazmağa başlayıb. O cəmi 7-8 yaşı olanda ailəsini əyləndirmək üçün gülməli hekayələr yazıb. İyirmi yaşının əvvəllərində "Qürur və Qərəz"in ilk layihəsini yazıb. Onun bütün romanlarında əsas personajlar qadınlardır və onların hər birinin hekayəsi gözəl evliliklərə malikdir və xoşbəxt sonluqla bitir. 

Ömründə heç vaxt evlənməmiş və ailəsi ilə birlikdə yaşayan Ceyn obrazlarının həyatını nəfis şəkildə yumorla qələmə alıb. O, cəmi 41 yaşında olanda xərçəng xəstəliyinə tutulub və müalicə üçün köçdükləri Vinçesterdə vəfat edib. Ardından bir çox anonim əsərlər qoyan Ceyn Ostinin bütün romanları televiziya və kinoya uyğunlaşdırılıb.

Viktoriya dövründə yaşamasa da, Ostin özündən sonra bu dövrün yazıçıları üçün böyük ilham mənbəyi olub. Ədəbiyyatda qadın qəhrəmanların yetişməsində xüsusi xidmətləri olub, qadın yazıçılara örnək hesab olunur. Əsərlərində bədii ədəbiyyata və tərcümeyi-halı diqqət mərkəzində saxladığı süjetlər gender, ədəbi və milli normaların formalaşmasında da oxucularına istiqamət verib.

Yazıçının ən uğurlu üç romanı "Qürur və Qərəz", "Emma" və "İnanc"dır.


Mənbə: studymarter

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et