1954-cü ildə çəkilmiş "Godzilla" filmi, Yaponiyanın atom bombasından sonrakı travmalarını və nüvə fəlakətinin dəhşətlərini əks etdirən ən qaranlıq canavar filmidir.

Filmin rejissoru İşiromu Honda, II Dünya Müharibəsindən sonra Yaponiyanın yaşadığı dağıntıları və atom bombalarının nəticələrini canlandırmağa çalışıb. Godzilla, atom bombası sınaqları nəticəsində dəyişərək çox güclü, demək olar ki, məğlubedilməz bir canavara çevrilmiş bir dinozavrdır. Filmdə Godzillanın Tokyonu dağıtması, terror yaratması, eləcə də zərər çəkən insanlar, xəstəxanalarda çarəsiz həkimlərin və vətəndaşların portretləri real bir faciə kimi təsvir olunur.
Filmin möhtəşəmliyi, yalnız canavarı göstərməkdə deyil, həm də onun yaratdığı dəhşətə qarşı olan emosional reaksiyalarda gizlidir. Yaponlar üçün, 1945-ci ilin Hirosima və Naqasaki zəlzələləri, həmçinin Tokyonun ABŞ aviazərbələri ilə məhv olması xatirələri yenidən canlandırıb. "Godzilla", bu travmaları ekranda nümayiş etdirərək, izləyicilərə bir növ "müalicə" və "təmizlənmə" təcrübəsi yaşadıb.
Sonrakı illərdə "Godzilla" filminin çoxsaylı versiyaları çəkilib, amma heç biri orijinalın dərinliyini və ciddi mesajını təkrarlaya bilməyib. Lakin "Shin Godzilla" (2016) və "Godzilla Minus One" (2023) kimi son filmlər, orijinal filmin tonunu təkrarlamağa çalışıb və onun nüvə müharibəsi, ətraf mühit problemləri və kapitalizmə qarşı mübarizə kimi mesajlarını qoruyub.
"Godzilla", zamanla müxtəlif sosial məsələləri şərh edən bir simvola çevrilib və bu gün də dünya miqyasında ekoloji, siyasi və iqtisadi məsələlərə dair çoxlu məna kəsb edir.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Xavər Məmmədli
