“İlk təəssürat yaratmaq üçün heç vaxt ikinci şansınız olmayacaq.”- bu sözlər Chanel moda evinin qurucusu Coco Chanelə aiddir.

Coco Chanelə görə modada 5 qızıl qayda mövcüd olub:
1. Zövqlü insanlar zinət əşyaları taxırlar:
Çox zaman qadınlar bütün zinət əşyalarını üstlərində nümayiş etdirməyi sevirlər, lakin Coco Chanelə görə bu yersizdir. Məharətli şəkildə zinət əşyalarını uyğunlaşdırmaq lazımdır.
2. Əgər bir qadının zövqlü ayaqqabısı varsa, deməli o zövqlü qadındır:
Coco Chanel hər zaman ayaqqabıya xüsusi diqqət yetirirdi. O, 1957-ci ildə ayağı vizual olaraq uzadan və çox praktik olan qara və bej ayaqqabıları dizayn edib. Onları hər şeylə uyğunlaşdırmaq münkündür.
3. Obrazda kişi və qadın xüsusiyyətləri cəmləşməlidir:
Məhz Coco Chanel qadın qarderobuna şalvarı daxil edib. Onun fikriycə şalvar qadını daha azad göstərir.
4. Çox zəngin bir paltar qadını yaşlı göstərir:
Burada “zəngin” həddən artıq mürəkkəb kəsim, dərin çalarlar və üzün yaxınlığındakı nahiyədə cəlbedici izlər olan kostyum deməkdir. Coco hesab edirdi ki, eyni anda ən yaxşısını geyinmək pis zövqün əlamətidir.
5. İşlərin nə qədər pis gedir, bir o qədər yaxşı görünməlisən:
Bəzən həyatımızda elə anlar olur ki, heçnə etmək istəmirik, emosional və fiziki yorğunluq hiss edirik. Bu vaxtlarda özümüzə fikir verməməyi seçsəkdə, Coco Chanelin fikrincə məhz bu vaxtlar bizim ən yaxşı görünməli olduğumuz vaxtlardır.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy
