Bu gün:

Şükran gününün noyabrın dördüncü cümə axşamı olmasının səbəbi


Zəvvarlar və Wampanoaq qəbiləsi 1621-ci ildə ilk qeyri-rəsmi Şükran Günü üçün birlikdə ziyafət etdikdən təxminən 170 il sonra ABŞ hökuməti bunu rəsmiləşdirməyə qərar verdi. Beləliklə , 1789-cu il oktyabrın 3- də prezident Corc Vaşinqton həmin il noyabrın 26-da xalqın “xalqa təşəkkür günü”nü qeyd edəcəyini bəyan etdi.


26 noyabr 1789-cu il cümə axşamı gününə təsadüf etdiyi halda, sonrakı elanlar bu praktikanı standartlaşdırmadı. Milli Arxivə görə , digər prezidentlər qida ilə dolu məhsul bayramı üçün fərqli günlər və hətta aylar seçdilər . Daha sonra 1863-cü ildə Prezident Abraham Linkol hər il noyabrın son cümə axşamı günü Şükranlıq Gününün qeyd ediləcəyini bildirən bir bəyanat verdi.


Mənbə: Mental Floss

Tərcümə etdi: Ayxan Cəfərov

 

Paylaş
Şərh əlavə et