
Biz hər hansı bir incəsənət əsərini yaratdıqda özümüzün də bilmədiyi tərəflərimizi aşkar edirik. Ruhumuzdakı gizli qiymətli daşları tapmaq və onları dünyaya çıxarmaq incəsənət adlanır. İncəsənət ruhumuzu bizə daha yaxın edir, yaratdığımız əsər isə ruhumuzun təmsilçisidir. O, ruhumuzu bizə açır. Bəzən kim olduğumuzun acı, qaranlıq tərəflərini, bəzən də ürəyimizin gözəl rənglərini görə bilirik.
Yaratmaq, incəsənətlə məşğul olmaq həmişə rahat olmaya bilər, çünki incəsənət bizə daxili şəkildə bağlıdır; o, ruhumuzla nəfəs alır və biz onu üzə çıxardığımız zaman nəticə qarışıq ola bilər, lakin sonda o, göstərir ki, üstündə isləməyimizə dəyər bir bacarığımız var. Biz dünyanın qalmaqalından qaçmaq üçün incəsənətə müraciət edirik. Ruhlarımız incəsənətə cəlb olunur, çünki sənət bizdə mövcuddur, hisslərimizi birləşdirməyə kömək edərək bizə bir şey göstərməyə çalışır; hansı ki, biz də içimizdəki rəngləri, incəsənəti dünyanın qaranlıq tərəflərini üzə çıxaracaq şəkildə kəşf etməliyik.
Mənbə: Medium
Tərcümə etdi: Arzu Qafarova
