
24Media.az sizə Mərakeşi sevmək üçün 11 səbəbi təqdim edir:
1. Qeyri-adi memarlıq:
Mərakeş memarlığı dünyanın ən cəzbedici memarlıqlarından biridir. Bəzəklər, mozaikalar, minlərlər detallardan ibarət olan arabesk məscid və saraylar. Mədinə sayağı Fesa döngələri və Mərakeş- hər bucağında yeni surprizlərlə dolu olan labirintdir.
2. Nağıldan çıxmış bazarlar:
Yerli bazarlar-əsl maceradır. Orada hər şey tapmaq mümkündür: ədviyyatlardan əl işi xalçalara qədər. Bazarda alverçilik əsl elmdir və əgər heçnə almağı planlamırsızsa belə, bazarda gəzinti belə möhtəşəm fəaliyyətdir.
3. Sahara səhrası:
Saharada ulduzlar altında geceləmək- ömrünüzün sonuna qədər xatırlaya biləcəyiniz fəaliyyətdir. Dəvələr, gün batımları, ulduzlu gecə səması sizi təbiətlə bütünləşdirəcək.
4. Sakinlərin qonaqpərvərliyi:
Mərakeşlilər gözləmədiyiniz qədər qonaqpərvərdilər. Onlar sizi öz evlərinə nanəli çay içməyə və öz mədəniyyətləri ilə sizi tanış etməyə dəvət edə bilərlər.
5. Nanəli çay:
Nanəli çay- əsl Mərakeş simvoludur. Bu şirin içkini gündə bir neçə dəfə içirlər və onun hazırlanması əsl mərasim sayılır.
Mərakeşdə çay içmək- yaşadığın anın dadını çıxartdığınızın rəmzidir.
6. Mətbəx:
Mərakeş mətbəxi- müxtəlif dadlar və ətirlərdir. Tagin, kuskus, bastila, harira-bu yeməklərin hamısı unikal və ləzizdir.
7. Təbiət mənzərəsi:
Mərakeşdə hər cür təbiət mənzərəsi tapa bilərsiz: səhradan və dağdan, çimərlik və oazislərə qədər.
8. Ait-Ben-Haddu:
Unesconun dünya irs siyahısına daxil olunan Ait-Ben-Haddu şəhəri, yüzlərlə film çəkilən əraziyə çevrilib.
9. Essaouira-küleklər şəhəri:
Essaouira-dəniz kənarı möhtəşəm şəhərdir. Öz çimərlikləri və qalalarıyla məhşurdur.
10. Qnava musiqi festivalı:
Hər il Essaouirada keçirilən Qnava musiqi festivalında yüzlərlə turist və musiqiçi cəlb olunur. Qnava- kökü Afrika rituallarına dayanan mistik musiqidir.
11. Hamamlar:
Hamam rahatlaşmaq üçün əla vasitədir. Mərakeş hamamlarında qara sabun skrabları, gil və yağlarından istifadə edə bilərsiz.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy
