Bu gün:

Mariya Küri kimdir?


Mariya Sklodovska Küri Polşanın Varşava şəhərində müəllim ailəsində doğulub. Onun ailəsi təhsilə böyük önəm verib. Mariya təhsilini davam etdirmək üçün Parisə köçüb və burada radioaktivlik sahəsində həm həyat yoldaşı, həm də həmkarı olan Pierre Küri ilə tanış olub. Mariya Küri, 1903-cü ildə fizika sahəsində Nobel mükafatı qazanaraq bu mükafatı alan ilk qadın və ilk şəxs olub.1911-ci ildə isə kimya sahəsində radium və poloniumun kəşfinə görə ikinci Nobel mükafatına laiq görülüb.

Küri bu dövrdə Albert Eynşteyn və Maks Plank kimi məşhur alimlərlə birlikdə ilk Solvay Fizika Konqresində iştirak edərək bir çox inqilabi kəşfləri ilə elm dünyasında müsbət müzakirələrə səbəb olub. Uzun müddət radiasiyaya məruz qalmasının nəticəsi olaraq inkişaf edən aplastik anemiya səbəbindən 4 iyul 1934-cü ildə vəfat edib.


Mənbə: Biography

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et