Bu gün:

Moretta: Ən qeyri-adi maskanın hekayəsi


Venesiya maskaları karnavalın simvoluna çevrilib. İnsanlar maskalar taxaraq anonim qalır, rəqs edir, oyunlar oynayır, hətta bəzən cinayətlər törədirdilər. Səhər açıldıqda isə yenidən düzgün və hörmətli bir insan olaraq həyata qayıdırdılar.

Maskalar müəyyən dövrlərdə hökmdarlar tərəfindən qadağan edilməyə çalışılsa da, aristokratlar bu qadağaları aşaraq maska taxmaq üçün yollar tapıblar. Çünki maskalar onlara məhdudiyyətsiz azadlıq bəxş edirdi. Maskalar həkimlər, aristokratlar, elm xadimləri, cinayətkarlar və tanınmış şəxslərin həyat yoldaşları tərəfindən də istifadə olunurdu. Maskanın nə yaşı, nə də cinsi var idi. 

Ən maraqlı maskalardan biri isə Moretta idi. Moretta bir zamanlar çox populyar olsa da, 1760-cı ildə müəmmalı şəkildə itdi. Venesiyaya Fransadan gələn bu maska 17-ci əsrdə fransız qadınlarının günəşdən qorunmaq üçün istifadə etdikləri maska idi. Bəzi versiyalara görə, "Mavr" sözündən adını alan maska Venesiya dialektində "qara rəng" mənasını daşıyırdı. Digər bir adı isə "Serve Muta" (dilsiz qulluqçu) idi.

Moretta maskası, Renessans dövrünün qadınlıq idealını ön plana çıxararaq qadının dövrü üçün əsl yerini simvolizə edirdi. Onu taxan hər qadına, sanki dərhal sirr və cazibə bəxş olunurdu.


Mənbə: Arts Tobe

Tərcümə edən: Fatimə Umarbəy


Paylaş
Şərh əlavə et