24Media.az sizə ən gülməli ölümə sahib hökmdarları təqdim edir:
1. Richard I
1199-cu ildə Richard I, öz vassallığı olan vikont Limogesin qızıl tapıb onunla bölüşmədiyini öyrənir və onun ardınca yola düşür. Kiçik Chalus qalasına çatanda, qalanın müdafiəçilərindən biri olan Pierre Basil, özünü müdafiə etmək üçün qılınc əvəzinə tava götürərək Richard’a qarşı dayanır. Basilin atdığı bir arbalet oxu Richard’ın əlinə dəyir və nəticədə yaranan qanqrena onun ölümünə səbəb olur.

2. Çingiz xan
Çingiz xan 1227-ci ildə, 65 yaşında vəfat edib. Rəvayətə görə, onun 500-ə yaxın cariyəsi olub və onlardan biri Çingiz xanın həyatına son qoyub. Belə ki, hökmdar bir cariyəyə təcavüz etdikdən sonra həmin gecə, cariyə Çingiz xanın yuxu arteriyasını dişləyərək onu öldürüb və daha sonra öz həyatına da son qoyub.

3. Martin I Araqonlu
31 may 1410-cu ildə kral Martin I, gülməkdən boğazında ördək əti qalaraq ölüb. Həmin gün kralı ziyarətə sarayın təlxəyi gəlib. Martin, ona "Borra, sən harada idin?" deyə sual verir. Borra isə zarafatla cavab verir: "Qonşu üzüm bağında maralı quyruğundan asılı vəziyyətdə gördüm, sanki üzüm oğurlayırdı". Bu zarafat kralı o qədər güldürür ki, nəticədə gülməkdən vəfat edir.

Mənbə: Arts Tobe
Tərcümə edən: Fatimə Umarbəy
