Bu gün:

Qremmi namizədləri haqqında maraqlı faktlar


Musiqi dünyasının ən nüfuzlu mükafatı olan “Qremmi”nin namizədləri açıqlanıb. Beyons 11 nominasiya ilə tarixə düşdüyü Qremmi mükafatları 2 fevral 2025-ci il bazar günü təqdim olunacaq. 2025-ci ilin Qremmi namizədləri və tarixə düşən adlar haqqında maraqlı faktlar...

“Qremmi”də ən çox namizəd göstərilən məşhur

“Kovboy Karter” albomu ilə ardıcıl rekordlar qıran Beyons "Qremmi" tarixinə düşüb. Bu il 11 dəfə namizəd göstərilən müğənni həyat yoldaşı Cey Zi-nin rekordunu qıraraq, ən çox "Qremmi" namizədi göstərilən şəxs olub.

“The Tortured Poets Department” albomu və “Eras” turu ilə adından söz etdirən Taylor Swift bu il 7 dəfə namizəd göstərilib. 35 yaşlı Swift "İlin albomu" kateqoriyasında yenidən namizəd oldu. Müğənni bununla da 7 dəfə bu kateqoriyaya namizəd olmaqla Qremmi tarixinə düşüb.

İllər sonra namizəd oldu

Əfsanəvi “The Beatles” qrupu illər sonra Qremmi mükafatına namizəd oldu. Con Lennonun süni intellektin köməyi ilə tamamlanan "Now And then" mahnısı "İlin rekordu" nominasiyasına namizəd olub. Qrup sonuncu dəfə 60 il əvvəl “Ən Yaxşı Yeni Sənətçi” nominasiyasında namizəd olub

Ən yaşlı namizəd

Cimmi Karter ən yaşlı Qremmi namizədi olub. 100 yaşlı Karter “Last Sundays In Plains” əsərinə görə ən yaxşı audiokitab nominasiyasına namizəd olub.

Mənbə: NTV

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et