Bu gün:

Piter Pan kimdir?


James Mathew Barry bu nağılı özünün 13 yaşında vəfat etmiş qardaşına həsr edib. Buz üzərində baş verən bədbəxt hadisədən sonra o, valideynlərinin və Jamesin gözündə əbədi olaraq uşaq qalıb.

Piter Pan haqqında bütün hekayələr XX əsrdə yazılsa da, yazıçı Viktoriya erasına aid olub. Viktoriya erasına görə uşaqlıq dövrü insanın təbiət və “başqa dünyalarla” daha sıx təmasda olduğu dövrdür.

Nağılın əsas versiyasında Piter öz evindən 7 yaşında köçür. O, yenidən Kensington bağına qayıdır və orada pərilərlə dost olur. Elə bu bağda da Piter uşaq arabasından uşaqları oğurlayaraq onları sehrli dünyaya aparır. Lakin, bu bağda qızlar olmayıb. Bunun səbəbi isə yazıçının qızların aldanmayacaq qədər ağıllı olduğunu düşünməsi olub.

Hətta “Pan” familiyası belə qədim yunan tanrısı Pan ilə uyğunlaşdırılaraq seçilib. Pan - meşələrin, tarlaların və otlaqların tanrısı olub.

Günümüzdə isə Piter Pan psixologiyada sindrom adına çevrilib. Piter Pan sindromu – böyümək və məsuliyyət götürmək istəməyən insanların sindromudur.

Mənbə: Arts Tobe 

Tərcümə etdi: Fatimə Umarbəy 

Paylaş
Şərh əlavə et