Bu gün:

“Love is…” necə yaranıb?


Hər kəs “Love is…” saqqızlarını və içində yerləşən kiçik komiksləri tanıyır. Bəs bu komikslərin real həyatda prototipi kim olub?

Yeni Zenlandiyalı rəssam Kim Grow və italyalı Roberto Kasali


60-cı illərin sonunda hippie mədəniyyəti çox populyar olub və ətrafda pasifist ideologiyalar məhşurlaşmağa başlayıb.

Bu idealarla böyüyənlərdən biridə rəssam Kim Grow olub.

Günlərin birində Kim Los-Angelesdə xizək klubların birində Robertonu görüb və öz dediyinə görə, ona ilk görüşdən aşiq olub.

Kim tanış olmaq əvəzinə salfet üstündə özünə bənzəyən qızı (çilli qız) və Robertoya bənzər oğlanı ( qara saç) çəkməyə başlayıb. Və onları Robertoya göndərib.

Hər şəklin altında isə “Love is…” başlayan cümlə və ardıyca onu açıqlayan təfsir olub. 

Və Roberto öz sevdiyi qadına kömək məqsədi ilə bu kağızları tanış jurnalistə ötürüb və 5 yanvar 1970-ci ildə “Los-Angeles Times” qəzətində işiq üzü görüb.

Publika komiksləri müsbət qarşılayıb və aşiqlərin şəkilləri qəzetlərdə, təqvimlərdə, açıqcalarda, maqnitlərdə, köynəklərdə, salfetlərdə və hətta oyun kartlarında çap olunmağa başlayıb.

Roberto isə bu zaman Kimə evlilik təklifi edib və kilisədə evləniblər və ailədə baş verən hər hadisə kağız üzərinə çap olunub. Tezliklə cütlüyün oğulları olub, evdə ev heyvanları görünüb və qəhrəmanlar bütün çətinlikləri və sevincləri birlikdə yaşayıblar.

Lakin ailə səadətinin sonu 1975-ci ilə təsadüf edib və Kim şəkillər çəkməyə artıq dayandırıb. Onun adından şəkilləri ingiltərəli rəssam Bill Espri çəkib.

1998-ci ildə Kimin ölümündən sonra isə Minikim kompaniyası iki oğluna həvalə edilib. 

Mənbə: Arts Tobe

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et