
1960-cı ildə Sinqapurda doğulan bir uşağın orta ömrü 65 il olaraq hesablanırdı. Bu gün burda dünyaya gələcək bir uşağın 86 yaşını keçə biləcəyi təxmin edilib.
Sinqapurdakı 100 yaşını ötmüş insanların sayı 2010-2020 illəri arasındakı 10 illik dövrdə iki dəfə artıb. Bu irəliləyiş sayəsində 2023-də Sinqapur dünyanın altıncı “Mavi Zonasına” çevrilib.
Son zamanlarda əhali elmi mütəxəssisləri tərəfindən dəqiqliyi şübhə altına alınsa da, Buettner-ə görə, uzun və sağlam yaşama, böyük ölçüdə mədəniyyət, yaşam tərzi, diyet və toplum şüuruna bağlıdır.
Xalqının uzunömürlülüyü, digər Mavi Zona topluluqları arasında olan Yunanıstandakı İkaria Adası və ya Kosta Rikadakı Nikoya’nın əksinə, qədim mədəni ənənələrdən çox, qabaqcıl siyasətlərdən qaynaqlanıb.
Sinqapur sakinləri, ömrün uzunluğu qədər, yaşam keyfiyyətini də önəmsədiklərini deyiblər. BBC Travel, hansı siyasətlərin və tətbiqlərin həyatlarını daha sağlam və xoşbəxt hala gətirdiyini öyrənmək üçün bölgə sakinləri ilə danışıb, tövsiyələrini dinləyib.
Firdaus Syazwani adlı Dollar Bureau adlı sayt üzərindən maliyyə məsləhətçiliyi edən biri, “Cəmiyyətin sağlamlıq baxımından şüur dəyişimini birinci əldən gördüm” deyib.
Siqaret və spirtli içkilərə tətbiq olunan yüksək vergilər və ictimai yerlərdə siqaret qadağalarının təsirinə diqqət çəkən Syazwani, “Bu tədbirlər yalnız cəmiyyətin sağlamlığını yaxşılaşdırmaqla kifayətlənmədi, ictimai yerləri də daha təmiz hala gətirdi” deyib.
Firdaus Syazwani, ölkənin Mavi Zona olaraq tanınmasına təəccübləndiyini söyləyir və mətbəxlərdə yüksək miqdarda şəkər, duz və hindistan cevizi südünün istifadə edildiyini xatırladıb.
Sinqapurdakı dövlət səhiyyə qurumunun, daha sağlam qidalanma seçimlərini təşviq etdiyini izah edən Syazwani, “Məcburi etiketləmə və içkilərdə şəkər tərkibinin azaldılması kimi tədbirlər, cəmiyyətin sağlamlıq şüurunda və seçimlərində nəzərə çarpan bir fərq yaratdı” deyib.
Syazwani, “Mən şəxsən bu etiketləri gördüyüm şəkərli içkilərdən uzaq durmağa meyilliyəm” deyə bildirib.
Sinqapurun səhiyyə sistemi, həm xəstə baxımında əldə etdiyi keyfiyyət, həm də xərc idarəsində qlobal miqyasda mükafatlandırılıb.
Sinqapurda bütün vətəndaşlar pulsuz səhiyyə xidmətləri ala bilməkdədirlər, həm də özəl səhiyyə sisteminə çıxış da mümkündür.
Tərcümə etdi: Sona Osmanova
Mənbə: BBC
