Teatr anlayışı, insanlıq tarixi ilə birbaşa əlaqəli şəkildə irəliləyib, tarixin hər dövründə siyasi və sosial şəraitdən təsirlənərək dövrün tələblərinə uyğun müxtəlif şəkildə şərh olunub.
Teatra fərqli perspektivlər və metodlarla yanaşılsa da, əsasən cəmiyyəti maarifləndirmək missiyası verilib. Antik Yunanda filosofların müəyyən etdiyi meyarlara görə əxlaqlı fərdlər yetişdirmək məqsədi güdülüb, estetik qayğılar da ön planda olub. Antik Romada isə insanları ailə həyatına və cəmiyyətə uyğunlaşdırmaq üçün vasitə olaraq istifadə olunub.
Tək tanrılı dinlərin yaranması ilə teatr passiv vəziyyətə gətirilib və dini hakimiyyətlərin nəzarətində bir təbliğat vasitəsinə çevrilib. İntibah dövründə yaranan yeni düşüncə tərzləri ilə teatr bu dəfə insana yönəlib, lakin dünya müharibələrinin yaratdığı böyük ümidsizlik qədər təhsil funksiyası tam olaraq pozula bilməyib.
21-ci əsrdə teatr düşüncəsi üçün dünya müharibələrinin təsiri ilə ortaya çıxan və öncül hərəkatlar olaraq adlandırılan yeni yanaşmalar bir dönüş nöqtəsi olub. Bu araşdırmada, teatrın mövqeyini daha yaxşı anlamaq üçün onun funksiyası müəyyən edilməyə çalışılıb və tarix boyu teatra yüklənən funksiyalar ədəbiyyat tədqiqatı metodu ilə xronoloji ardıcıllıqla müzakirə olunub.
Mənbə: DergiPark
Tərcümə etdi: Talehə Hüseynzadə
