Şəxsi azadlıq artıq lüks deyil, rifah üçün vacibdir. Tez-tez öhdəliklər torunda qalaraq istəksiz "hə" deyirik. Ancaq ictimai gözləntilər və günah hissi altında gizlənmiş muxtariyyətimizi geri qaytarmaq gücümüz var. "Yox" deməyi öyrənmək yalnız bir bacarıq deyil; bu, özümüzə hörmətin və səlahiyyətin ifadəsidir. Azadlığımız yalnız bir imtiyaz deyil, eyni zamanda, özümüzə borclu olduğumuz bir məsuliyyətdir.
Münaqişə qorxusu bizi ehtiyaclarımızdan imtina etməyə yönləndirə bilər. Günah hissi "yox" deməyi çətinləşdirir, sərhədlərin olmaması isə bizi davamlı tələblərə qarşı zəif qoyur. "Yox" demək özünə hörmət və gücləndirmə aktıdır və sərhədlərimizlə rifahımızı qoruyur.
Sağlam sərhədlər qurmaqla başqalarına özümüzə necə yanaşmağı öyrədirik və dəyərli münasibətlər yaradırıq. "Yox" demək ehtiyaclarımızı qorumaq və öz dəyərimizi təsdiqləməkdir. Bu yolla, həyatımıza nəzarəti bərpa edərək ehtiyaclarımızın önəmli olduğunu və yolumuzun vazkeçilməz olduğunu öyrənirik .
Aşağıda "yox"deməyi öyrənmək üçün 5 taktika verilib:
1. Əminliklə danışın – Öz ehtiyaclarınızı təcavüzkar olmadan ifadə etməyi öyrənin.
2. Sərhədlərinizi müəyyən edin – Şəxsi sərhədlərinizi müəyyənləşdirin və onları açıq şəkildə bildirin.
3. Özünüzə qayğı göstərin – İdman, meditasiya kimi fəaliyyətlərə vaxt ayıraraq öz dəyərinizi gücləndirin.
4. "Mən" ilə başlayan ifadələri istifadə edin – "Mənim ehtiyacım var" kimi ifadələrlə özünüzü günahlandırmadan sərhədləri bildirin.
5. "Yox" deməyi məşq edin – Kiçik hallarda "yox" deməyə çalışaraq inamınızı artırın.
Mənbə: positivepsychology
Tərcümə etdi: Fatimə Cabbarlı
