Hər il insanların təxminən 70%-i sağlamlıqları haqqında məlumat almaq üçün internetə müraciət edir. Bəzi insanlar diaqnoz haqqında daha çox öyrənməyə çalışır, bəziləri isə simptomlarının səbəbini tapmağa çalışır.

Google sizə çoxlu məlumat tapmaqda kömək edə bilər, lakin bu məlumatın dəqiq olub olmadığını və ya simptomlarınıza uyğun olub olmadığını bilmək çətindir. Bəzi insanlar məlumatın onlar üçün doğru olub-olmadığını anlamaya bilərlər və buna görə də, ciddi sağlamlıq problemi yaşadıqları barədə narahat olmağa başlayırlar.
Onlayn özünü diaqnostika ilə bağlı ən böyük problemlərdən biri odur ki, bu, real kömək istəməyinizə maneə ola bilər. Məsələn, bir neçə internet səhifəsindən əldə etdiyi məlumata əsasən özünə “anksiyete” diaqnozu qoyan şəxs, problemini həll etmək üçün həqiqi psixi sağlamlıq mütəxəssisinə müraciət etmək əvəzinə veb saytlarda axtarmağa cəhd edir. Yalnız bir mütəxəssis hansı dərmanın unikal vəziyyətinizə təhlükəsiz şəkildə kömək edə biləcəyini bilir.
İpoxondriyaların diqqətinə:
İpoxondriyalar (sağlamlıq narahatlığı yaşayan və tez-tez özlərinfə ciddi bir problem olduğuna inanan insanlar) öz simptomlarını Google-da axtarmağa meylli olsalar da, simptomları axtararkən və özlərini diaqnoz edərkən ən çox risk altında olan psixi sağlamlıqlarıdır.
Bütün bu Google axtarışları düşüncələrinizin fəlakətli düşüncələrə, ən pis vəziyyət ssenarilərinə və qorxunc bir narahatlıq dövrünə çevrilməsinə səbəb ola bilər. Döngəyə girdikdən sonra dayandırmaq həqiqətən çətin ola bilər. Başlanğıcda simptomlarınıza baxmaq və “cavablar” tapmaq sizə rahatlıq gətirsə də, bu, əks nəticə verə və bəlkə də lazımsız yerə sizi daha çox qorxuda bilər.
Özümüzə diaqnoz qoymaq təhlükəlidir və diaqnoz mütləq peşəkarlara həvalə edilməlidir. Sağlamlıq pozğunluğundan əziyyət çəkdiyinizi düşünürsünüzsə, dərhal daha yaxşı hiss etmək, doğru yola düşə bilmək əsl doğru diaqnoz üçün bir mütəxəssislə əlaqə saxlamaqdan çəkinməyin.
Mənbə: TalkSpace
Tərcümə etdi: Aysu Əsgərzadə
