Bu gün:

Körpələr niyə həmişə dilini çıxarır?


Körpələr doğulanda qollarını və ayaqlarını tam qavraya bilmirlər. Doğuşdan sonra ekstremitələrdə və boyunda, gövdədə hərəkətlilik də ardıcıl olaraq inkişaf edir.

Axı biz doğuşdan saatlar sonra quzu kimi yerimirik, bu proses təxminən bir il çəkir.

Əlini tanımaq və o əlin əşyaları tutmaq qabiliyyətinə malik olduğunu kəşf etmək də zamanla inkişaf edir. Körpə əvvəlcə ovuc tutma refleksi ilə qeyri-ixtiyari olaraq ovucunu əlinə toxunan əşyaya bağlayır, sonra hisslər artdıqca könüllü əl hərəkətləri etməyə başlayır.

Ancaq əmmə refleksi məlum olan ən primitiv refleksdir. Bu refleks ana bətnində başlayır və buna görə də beyində dil və ağız hissiyatı sahələri də daha erkən inkişaf edir.

Körpə gördüyü və qavradığı bir obyektə çatmaq istədikdə, hələ əlini bilmədiyi üçün dili ilə çatmaq istəyir. Dil hərəkətləri hətta baş-boyun hərəkətlərindən də əvvəldir, yəni yeni doğulmuş körpənin dilinin çıxması təqlid deyil, tutmaq və çatmaq üçün bildiyi yeganə üzvü istifadə edərək edilən bir hərəkətdir.

Dilinizi çıxardığınız zaman, bəli, yenə dilini çıxara bilər, amma bu, təqlid etdiyi üçün deyil, dili ilə qarşısındakı hərəkət nöqtəsinə çatmaq istəməsidir.

Mənbə: Buzzfeed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et