Yəhudi əsilli polşalı pianoçu Wladislaw Szpilmanın hekayəsi, İkinci Dünya Müharibəsi illərində baş verir. O bütün ailəsini itirib, Varşava gettosuna düşüb. Sonra isə oradan qaçıb və şəhərin dağıdılması zamanı sağ qalmağa çalışıb.

Bu adam, alman zabiti Vilhelm Hosenfeld tərəfindən xilas edilib. Vilhelm onu qərargahın tavanında gizləyib, bir neçə ay ona yemək və isti paltar gətirib.
Zabit, gündəliyində nasist partiyasının idealları və alman qoşunlarının işğal altında olan Polşada nələr etdikləri barədə təsvirlərə yer verib. O, daha da irəli gedərək “düşmənə” kömək etməyə başlayıb. Gettolardan və həbs düşərgələrindən qaçan polyakları və yəhudiləri gizlədib, saxta sənədlərdən istifadə edərək onlara iş tapıb. Onun xilas etdiyi bir çox insan var idi.
Pianoçu Wladislaw Szpilman, Vilhelm’in günahkar olmadığını bəyan edərək, ədalətə nail ola biləcəyinə qərar verib. Sonra isə bunun qeyri-mümkün bir iş olduğu ortaya çıxıb. O, nə Polşaya, nə də sovet dostlarına faşist Vilhelm Hosenfeld’in günahsız ola biləcəyi fikrinə inandıra bilməyib. Hosenfeld 1952-ci ildə Stalinqraddakı düşərgədə ölüb. Lakin Şpilman təslim olmayıb. 1998-ci ildə İsrail komitəsi ilə əlaqə saxlanılıb və hərtərəfli araşdırma aparılıb. Daha 11 il sonra, pianoçu həyatda olmayanda Uilyam Hosenfeld hərbi cinayətkar kimi deyil, “millətlər arasında ədalətli bir şəxs” kimi tanınıb.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
