Planetimizdə yaşayan 8 milyard insandan hər biri bütöv bir bədənə sahib olmaq istəyir, üzvlərimizin işlərini düzgün yerinə yetirməsi hamımızın əsas istəklərindən biridir deyə düşünürsünüzsə, yanılırsınız.

Dave Openshaw bir müddət əvvəl sağ ayağını kəsdirib. Ancaq bu düşündüyümüzün əksinə, onun həmişə arzu etdiyi bir şey idi. Dave'ə görə sağ ayağı bədənində artıq idi və ona aid deyildi. O sağlam uşaq kimi dünyaya gəlmiş, sağlam həyat yaşamışdı, ancaq nəyinsə yolunda getmədiyini düşünürdü. O bir gün sosial mediada gəzişərkən onun kimi insanların olduğunu, hətta bu rahatsızlığın bir adı olduğunu öyrənib-apotemnofoliya.
Apotemnofoliya bir və ya daha çox sağlam əzabları idarəolunmaz amputasiya etmək arzusudur.
Bu cür narahatlığı olan insanlar bəzi orqanlarının sağlam olduğunu qəbul etsələr də, beyinlərində buna yer tapa bilmirlər.
Belə ki, həkimlərə artıq gördükləri üzvlərini kəsmək üçün yalvaran,hətta özləri buna cəhd göstərən insanlar var. Qulağa nə qədər qorxuducu gəlsə də,onlar bu əzablardan qurtulandan sonra özlərini əlillikdən qurtulmuş, sağlam insan kimi görürlər.
Mənbə: Engin deniz videoları
Tərcümə etdi: Fatimə Cabbarlı
