Bu gün:

Niyə cüt sayda çiçək vermirlər?


Cüt sayda çiçək verə bilməmək ifadəsinin kökləri slavyan bütpərəst tayfalarının qədim inanclarından qaynaqlanır. Xristianlıqda tək rəqəmlərə böyük əhəmiyyət verilir. Beləliklə, tək rəqəmlərin lütf və uğurlar vəd etdiyi, cüt rəqəmlərin isə istər-istəməz kədərə çevrildiyi inancı kök salıb.

Lakin şərq və qərb ölkələrinin mədəniyyətləri fərqlilikləri ilə diqqəti cəlb edir. Yaponiya, ABŞ, Çin və Avropa ölkələrində (Fransa istisna olmaqla) cüt rəqəmlər xoşbəxtlik və şansla əlaqələndirilir. Cüt sayda güllərin verilməsinin mümkün olub-olmaması sualı bu ölkələrin sakinləri arasında çaşqınlıq yaradacaq. Gənc qızlar üçün nəzərdə tutulmuş kompozisiyalar cüt sayda çiçəkdən ibarətdir, onlar bununla öz can yoldaşını ən qısa zamanda tapmaq arzusunu simvollaşdırır.

Mənbə: magicalflower.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et