Fast food sənayesi ilə əlaqədar olaraq qırmızı və sarının müsbət psixoloji keyfiyyətlərinə baxsaq, qırmızı nəbz sürətini artıra bilən həyəcan hisslərini tətikləyə bilən stimullaşdırıcı bir rəngdir. Qırmızı rəng diqqəti cəlb edir. Sarı isə xoşbəxtlik və dostluq hisslərini tətikləyir. Qırmızı və sarı rəngləri birləşdirdikdə bu, sürət, cəldlik mənasını verir.

Parlaq, canlı sarı da gündüz işığında ən çox görünən rəngdir, buna görə də McDonald's M-nın sarısı uzaq məsafədən cəlbedici görünə bilər.
Maraqlısı odur ki, rəng dili sözlər və ya formalardan daha tez beyinə çatdırılır, çünki onlar birbaşa hiss və emosiyalarımız üzərində işləyir. Beləliklə, hər hansı bir sözü oxumamışdan əvvəl qırmızı və sarıya emosional reaksiya veririk.
Xüsusilə Böyük Britaniyada və Avropanın bəzi ölkələrində McDonaldsın şəhər əsaslı mağaza rənglərini yaşıl rəngə dəyişdiyini görmüş ola bilərsiniz. Yaşıl gördükdə özümüzü təhlükəsiz hiss edirik. Yeməyə gəldikdə, biz bunu təbii və eyni zamanda ekoloji cəhətdən təmiz bir şey yeməklə əlaqələndiririk.
Təəccüblü deyil ki, böyük brendlər rəngin əhəmiyyətini başa düşürlər, hətta bəziləri öz marka rənglərini əmtəə nişanına qoymağa qədər düşünürlər.
Mənbə: Karen Haller Behavioural Design
Tərcümə etdi: Fidan Şahbazlı
