Yunanlarla Troyalılar arasında gedən Troya müharibəsi (e.ə. 1194-1184) indiki Türkiyənin qədim şəhəri Troyada baş vermişdir. Hekayəyə görə, yunanlar Troya şəhərinin hündür divarları arasında qorunan troyalılara qarşı ümidlərini itirirdilər. Troya müharibəsinin real olduğu və eramızdan əvvəl 12-ci və ya 13-cü əsrdə baş verdiyi güman edilir, çünki indiki Türkiyə ərazisində o dövrdə Troya adlı bir şəhər olduğuna dair dəlillər var. Bununla belə, Troya döyüşünün konkret hadisələri, o cümlədən Troya Atı, heç bir müasir tarixi məlumatda qeyd olunmur.

Troya atı hekayəsinin qədim yunan ədəbiyyatında, xüsusən də Homerin epik şeirlərində yarandığı görünür. Bunlar təsvir etdilən hadisələrdən bir neçə əsr sonra yazılıb və hekayənin nə qədərinin real hadisə, nə qədərinin isə metafora və ya mif olduğu aydın deyil. Bu vəziyyətdə hekayə qədim yunanların ixtiraçılıq və hiyləgərliyini təfərrüatlandırır, müharibə isə aldatma və hiyləgərliyin gücünü xatırladır.
Homerin “İliada” epik poeması Troya şəhəri ilə Yunan dövlətlərinin orduları arasında əfsanəvi qarşıdurma olan Troya müharibəsindən bəhs edir. Bu münaqişə Sparta kraliçası Helenin Troya şahzadəsi Paris tərəfindən qaçırılaraq Troyaya gətirilməsindən sonra yaranıb. “İliada” əsəri on il davam edən müharibəyə girmiş troyalılar və yunanlar ilə başlayır və poemada müharibənin sonuna qədər gedən müxtəlif döyüşlər və hadisələr təsvir olunur. Yunanlar Troya Atı hazırlayırlar və içinə yüzlərlə yunan əsgəri yerləşdirirlər. Bunun Afina üçün "hədiyyə" olduğunu vurğulayıb, atı Troya divarlarının kənarında qoyurlar. Troyalılar, Yunanların evlərinə getdiyinə inanaraq, atı qələbə kuboku kimi götürür. Şəhərə daxil olan zaman hər şeydən xəbərsiz olan troyanlar yunanlar tərəfindən pusquya salınır və müharibədə məğlub olurlar.
Mənbə: study.com
Tərcümə etdi: Fidan Şahbazlı
