Bu gün:

Domovoy sadəcə slavyan mifidir?


Domovoy slavyan xalqları arasında bir ev ruhu, evin mifoloji sahibi və himayədarıdır. Ailənin normal həyatına, məhsuldarlığına, insanların və heyvanların sağlamlığına cavabdehdir. Günahlarına görə, Allah tərəfindən öz evində xidmət etmək üçün təyin edilib.

Hətta, elm adamları da domovoyun varlığını inkar etmirlər. Domovoyun bir enerji dəstəsi olduğuna inanırlar. Hər kəs bilir ki, hər bir insanın öz enerjisi var, bu da bizi əhatə edən hər şeyə təsir edir. Slavyan miflərinə görə, bir domovoyun yaşadığı evlərdə hər şey həmişə yaxşıdır, ailədə sülh və harmoniya hökm sürür və evdə həyat sakit və xoşbəxt şəkildə axır. Bu vəziyyətdə onları əhatə edən enerji müsbətdir. Domovoy folklorda mistik bir personaj və ocağın gözətçisidir. Onun varlığına inanıb inanmamağa hər kəs özü qərar verir.


Mənbə: mifology-folklore.fandom.com 

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et