
1. Ata sözünü sevməzdi
“Atatürk” sözünü ilk dəfə həmin dönəmin Türk Dili Qurumunun Prezidenti istifadə etmiş, Mustafa Kamal da çox bəyənib soyadı olaraq alıb. Kiminsə özünə “Ata” deyə xitab etməsini heç sevməyib.
2. Sevdiyi yeməklər
Ömrü boyu sevdiyi yeməklər ona Monastr Hərbi Liseyindən miras qalan lobya və düyü idi. Şirniyyatı sevməyib, amma ürəyi istədiyi zaman qızılgül mürəbbəsinə üstünlük verib.
3. Ən böyük xəyalı dünya turuna çıxmaq idi
Ömrü buna əl versə idi, onun ən böyük arzusu dünya turuna çıxıb Türk dili və tarixi ilə bağlı təhsilini mükəmməlləşdirmək idi.
4. Atlardan sonra ən sevdiyi heyvanı it idi
“Fox” adını verdiyi iti Qazinin ayağı ucunda yatardı.
5. Köynəklərinin hamısı ağ idi
Bu köynəklər ilk illərdə İsveçrədə xüsusi olaraq tikildiyi halda, sonradan yerli mallardan istifadə kampaniyasına rəhbərlik etmək üçün Beyoğluda bir dərzi tərəfindən tikdirilməyə başlanıb.
6. Qarderobunda tünd göy rəngə yer yox idi
O, həmişə kostyumlarının dizynını özü hazırlayıb. Tünd göy geyinməyi sevməyib.
7. Ölçüləri
Boyu 1.74 idi. Həyatının son dönəmlərinə qədər 76 olan kilosu xəstəliyinin irəliləməsi ilə 46’ya qədər düşüb. O, 43 ölçülü qara ayaqqabı geyinib.
8. Heyvansevər idi
O, yurd səfərlərində onun üçün kəsilən heyvanlara baxa bilmir, belə hallarda arxasını çevirir, ya da kəsilməsinin qarşısını alıb.
9. Siqaret çəkən idi
Xəstəliyinin başlanğıcında onu müayinə edən Dr. Fissincer gündə neçə paket siqaret çəkdiyini soruşdu, Atatürk “səkkiz” dedi. Həkim onu gündə bir paketə endirməli olduğunu deyəndə Atatürk gülümsəyərək cavab verdi:
"Mən onsuz da bir paket siqaret çəkirəm. Bundan sonra bunu icazənizlə edəcəm".
10. Tolerant lider idi
Kəndlinin biri qəzet kağızına tütün büküb çəkmək istəyən vaxt əlini yandırdıqdan sonra “Verin bunu özü çəksin” deyərək Atatürkə söyüş söyüb və nəticədə məhkəməyə verilmə təhlükəsi ilə üz-üzə qalıb. Atatürk hadisəni dinlədikdən sonra “Onu məhkəməyə vermək yerinə doğru düzgün siqaret çəkməsini təmin edin”,- deyib və məhkəməyə verilməyinə qarşı çıxıb.
Mənbə: T.C. MİLLÎ EĞİTİM BAKANLIĞI
Tərcümə etdi: İbrahim Çobanlı
