13 rəqəmi, qara pişiklər, güzgüləri sındırmaq və ya nərdivanların altında gəzmək, aktiv şəkildə qaçındığınız şeylər ola bilər - əgər siz ABŞ-da özlərini mövhumatçı hesab edən insanların 25%-i kimisinizsə...

Xurafat bir çox binaların niyə 13-cü mərtəbəyə malik olmadığını da izah edir - mövhumatçı kirayəçilər narahatlığına görə liftin düymə panellərində onu 14, 14A 12B və ya M (əlifbanın 13-cü hərfi) kimi etiketləməyə üstünlük verir. Həqiqətən də, bir sorğuda insanların 13%-i otelin 13-cü mərtəbəsində qalmağın onları narahat edəcəyini, 9%-i isə başqa otaq istəyəcəyini bildirib.
Bunun üzərinə Air France və Lufthansa kimi bəzi hava yollarında 13-cü sıra yoxdur. Lufthansa da 17-ci sıraya sahib deyil - çünki İtaliya və Braziliya kimi bəzi ölkələrdə tipik uğursuz rəqəm 13 deyil, 17-dir.
Beləliklə, növbəti dəfə güzgü sındıranda, qara pişiyi görürsən və ya 13 rəqəmi ilə qarşılaşırsan - "bədbəxtlik" üçün çox narahat olmayın, çünki bu, çox güman ki, ağılın hiyləsidir.
Mənbə: theconversation.com
Tərcümə etdi: Nazrin Humbat
