Bu gün:

Fast food və psixoloji xəstəliklər arasında əlaqə


ABŞ-ın Loma Linda Universitetinin alimləri qeyri-sağlam qidalanma ilə psixoloji xəstəliklər arasında əlaqə aşkar ediblər. Beynəlxalq Qida Elmləri və Qidalanma Jurnalında dərc olunan tədqiqat nəticələrinin xülasəsi MedicalXpress portalında mövcuddur.

Mütəxəssislər müəyyən ediblər ki, psixoloji pozğunluqlar sağlam qidalananlara nisbətən sağlam qidalanmayan insanlarda daha çox olur. Tədqiqatçılar Kaliforniyada uzunmüddətli sağlamlıq monitorinqi tədqiqatının bir hissəsi olaraq 2005-2015-ci illər arasında aparılan 240.000-dən çox telefon sorğusunun məlumatlarını təhlil ediblər. Mütəxəssislər belə nəticəyə gəliblər ki, sorğu iştirakçılarının təxminən 17 faizində psixoloji pozuntu, 13,2 faizində orta dərəcəli psixoloji pozğunluq, 3,7 faizində isə ağır psixoloji pozuntular var.

Xüsusilə, həddindən artıq şəkər qəbulunun bipolyar pozğunluqla əlaqəli olduğu, qovrulmuş və ya çox miqdarda şəkər və işlənmiş taxıl ehtiva edən qidaların qəbulunun isə depressiya ilə əlaqəli olduğu aşkar edilib. Pəhrizin ruh sağlamlığına təsirini araşdıran tədqiqatçı dosent Jim E. Banta, "Bu və buna bənzər araşdırmalar davranış təbabəti sahəsində müalicələr üçün çox əhəmiyyətli ola bilər",- deyib.

Analizlərin nəticələrinin digər ölkələrdə aparılan oxşar araşdırmaların nəticələrinə bənzədiyini vurğulayan Banta bu suala qəti cavab vermək üçün əlavə araşdırmalara ehtiyac olduğunu əlavə edib.

Mənbə: aktuelpsikoloji

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et