Stressin saçların ağarmasında təsirli olduğu təxmin edilib, lakin bu ağartma prosesinin orqanizmdə necə baş verdiyi bilinmirdi. Siçanlar üzərində aparılan təcrübə güclü stressin dəri və saç rəngini idarə edən kök hüceyrələrə təsir etdiyini göstərib. Müayinələr zamanı siçanın tükünün bir neçə həftə ərzində tamamilə ağ rəngə çevrildiyi müşahidə edilib.

Ailənin genetik xüsusiyyətlərindən asılı olaraq, 30-cu yaşların ortalarında insanların saçları ağarmağa başlaya bilər. Təbii qocalma prosesi və genlər böyük təsir göstərsə də, saçların ağarmasında stressin də təsirli olduğu düşünülüb.
Lakin elm stressin saçlara necə təsir etdiyi barədə dəqiq məlumatlara malik deyildi. Sao Paolo və Harvard universitetlərindən olan tədqiqatçılar Nature jurnalında dərc etdikləri araşdırmada saçların ağarmasının saç və saç rənginin yaradılmasında təsirli olan melanin maddəsini yaradan melanosit kök hüceyrəsindən asılı olduğunu iddia ediblər. Onlar deyiblər ki, siçanlar üzərində aparılan təcrübələr zamanı bu fikri təsdiqləyən dəlillər tapıblar.
Harvard Universitetinin tədqiqatçısı Prof. Ya-Cieh Hsu deyib: "İndi biz əminik ki, stress saç və dəridəki dəyişikliklərin ən böyük səbəbidir".
Mənbə: aktuelpsikoloji
Tərcümə etdi: Sona Osmanova
