Bu gün:

Köhnə körpülər niyə bağlandı?


Bağlı körpülər Amerika kəndlərinin pastoral simvoludur. Əllə tikilmiş bu taxta qurğular "Madison County-nin Körpüləri" romanı və filmi kimi populyar əsərlərdə romantikləşdirilib. Bu körpülərin özünəməxsus damları onları tanınan simvola çevirir.

Bağlı körpülər çətin hava şəraitinə qarşı taxtanı qorumaq üçün tikilirdi. Yağış, qar və günəş taxtanın çürüməsinə səbəb olur, körpünün ömrünü qısaldırdı. Örtük isə taxtanı quru saxlayaraq onun ömrünü onilliklərlə uzadırdı. Örtüksüz körpülər 10-20 il tab gətirə bilirdisə, Hyde Hall Körpüsü kimi bəzi bağlı körpülər 200 ildən artıqdır möhkəm qalıb.

Bu körpülərin inşasında üçbucaq formalı truss sistemi əsas rol oynayıb. Belə körpüləri inşa etmək üçün icma üzvləri, o cümlədən taxta emalçıları və daş ustaları birlikdə çalışıb. Körpülər qorunma vasitəsi olmaqla yanaşı, icmaların toplaşdığı yerlərə çevrilir və hətta "öpüşən körpülər" kimi yerli ənənələrə ilham verirdi.

Bağlı körpülər ABŞ-də 1800-cü illərdə yayılmağa başlayıb və 19-cu əsrin ortalarına qədər təxminən 10.000-i tikilib. Ancaq onlar yalnız Amerikaya məxsus deyildi; qədim Çində və İsveçrədə də belə körpülər mövcud idi.

Zaman keçdikcə daşqınlar, yanğınlar və laqeydlik səbəbindən bir çoxu məhv olub. Hazırda Pensilvaniya, Vermont və İndiana ştatlarında qalan körpülər qorunur və səyahətçiləri təkcə çayın qarşı sahilinə deyil, həm də keçmişə aparır.

Mənbə: History Facts

Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et