Bu gün:

Çobanyastığı falının hekayəsi


Çobanyastığı deyiləndə çoxlarının ağlına “sevir, sevmir” ifadəsi gəlir. Çobanyastığının bu klassik falının özünəməxsus bir hekayəsi var.

Bir gün gözəlliyi ilə göz oxşayan bir kəpənək baramadan çıxıb üç günlük ömrünü yaşamaq üçün dağlara doğru uçmağa başladı. Onun heyrətamiz qanadları və bənzərsiz naxışları təbiətlə harmoniya içində idi. Kəpənək çölə enərkən bir çobanyastığı ona baxmağa başladı və onun gözəlliyi diqqətini çəkdi. Kəpənək artıq dağlardan çox çobanyastığının ətrafında dövr edirdi.

Birlikdə üç gün keçirən çobanyastığı və kəpənək bir-birlərinə qarşı hiss etdikləri duyğuları son ana qədər deməyə cəsarət etmədilər. Kəpənək artıq son anlarının gəldiyini hiss edərək çobanyastığına sevgisini bildirməyə qərar verdi. Çobanyastığı kəpənəyin bu vida sözlərinə çaşmışdı və onun nə demək istədiyini başa düşməyə çalışırdı. Kəpənək ömrünün son günündə olduğunu bildirərək, “Səni... səni sevirəm”,- deyə bildi. Çobanyastığı isə kədər və təəccüb içində yalnız “mən də” deyə bildi.

Kəpənəyin ömrünün sona çatması ilə, çobanyastığı artıq əvvəlki təravətini itirərək qəm içində solmağa başladı. Zaman keçdikcə onun hər yarpağı düşdü və hər ləçək düşəndə sanki sevgi sözlərini təkrarlayırdı.

Bu hadisədən sonra çobanyastığı "sevir, sevmir" falı ilə tanınan bir simvola çevrildi və hər kəs çobanyastığı ləçəklərini sevgi ilə bağlı suallarla qoparmağa başladı.

Mənbə: Tazeçiçek.com

Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et